İdman
28 oğlunun arxasınca Avropaya qaçan fədakar baş məşqçi - BU GÜN DOĞUM GÜNÜDÜR
Bu gün Azərbaycan futbol tarixində ilklərə imza atan, 8 komandaya rəhbərlik edən futbol mütəxəssisi, "Şöhrət" ordenli Böyükağa Hacıyevin doğum günüdür.
Publika.az xəbər verir ki, mərhum baş məqşçinin dünyaya gəlişinin 60-cı ildönümüdür.
Böyükağa Hacıyev 1958-c ilin 20 aprelində Naxçıvanda anadan olub. Məşqçi karyerasına Ağdam təmsilçisi “Qarabağ”da başlayıb. Əvvəlcə Ağdam klubunda uşaq məşqçisi kimi işləyən Hacıyev 1995-ci ildə bu komandanın əvəzedici heyətinin baş məşqçisi təyin olunub.
Daha sonra o, 1999-cu ildə Naxçıvanın "Araz Naxçıvan" klubuna keçib. Lakin komanda maliyyə çətinliklərinə görə bir ildən sonra dağılıb.
Komandasız qalan Hacıyev İrana yollanıb və Təbrizin “Maşınsazi” klubunda baş məşqçinin köməkçisi işləyib. Komandanın baş məşqçisi istefa verdikdən sonra Hacıyev komandanın baş məşqçisi olunub. 2004-2005 mövsümündə Təbrizin digər klubu “Traktor Sazi”də baş məşqçi işləyib və bununla da İranda böyük iş təcrübəsi qazanıb.
2005-ci ildə Hacıyev Azərbaycan milli futbol komandasında baş məşqçi Vaqif Sadıqovun köməkçisi təyin edilib.
2011-ci ildə gözlənilmədən “Neftçi Bakı” klubunun prezidenti Sadıq Sadıqov Hacıyevi klubunun baş məşqçisi təyin edir. Bununla da "Neftçi Bakı" son çempionluğunu qoruyur və ardıcıl 2-ci, ümumilikdə isə 7-ci çempionluğunu qazanır. 2011-2012 mövsümündə çempion olandan sonra "Neftçi Bakı" ilə Avro Liqanın qrup mərhələsində çıxış edərək Azərbaycan futbolunda tarix yazır. Növbəti mövsüm "Neftçi Bakı" ilə yenə də çempion olur və bu dəfə hədəfi Çempionlar Liqasının qrup mərhələsi olur. Lakin elə ilk görüşdəcə Albaniyanın “Skenderbeu” klubuna iki görüşün nəticəsinə görə (0:0,1:0) məğlub olur və Hacıyev söz verdiyi kimi baş məşqçi postundan istefa verir. Lakin 2014-cü ildə yenidən sabiq komandasına qayıdır.
B.Hacıyev mart ayının əvvəlində ürək çatışmazlığı səbəbilə xəstəxanaya yerləşdirilir. Ürəyindən əməliyyat olunan sabiq məşqçi 16 mart 2018-ci ildə vəfat edir.
Böyükağa Hacyevdən geriyə Avropa Liqasında iştirak etdiyi dövrdə məşhur "bu gün iki oğlumu unudub, 28 oğlumun arxasınca qaçıram" sözləri qaldı...
-
İdman20:24
Arda Gülerin yeni klubu AÇIQLANDI
-
Sosial20:00
Pensiya alanların NƏZƏRİNƏ: ödəniş yekunlaşdı
-
Avropa19:48
Qızın adından görüşə dəvət edib başına elə oyun açdılar ki... - 7 nəfərdən DƏHŞƏTLİ ƏMƏL
-
Mistika19:24
Ərə getmək istəyən qadın falçıya yazdı, 22 mini getdi: "Mənimlə evlənəcəksən"
-
Magazin118:36
“DNT testi verib sübut edəcəyəm ki, uşağın atası mənəm” - FOTO
-
İdman18:24
Soyuqdan qorxan futbolçu görün hansı üsula əl atdı
-
Rəsmi xronika17:48
İlham Əliyev fərman imzaladı
-
MDB17:20
Putin Qazaxıstanda bu məsələni qaldıracaq: əgər hücum olarsa...