İdman
Fransalı ulduz "Qəbələ"nin tarixinə düşdü - REKORD
Topaz Premyer Liqasının 27-ci turunda “Sumqayıt”la
qarşılaşan və mövsümdə son səfər matçını keçirən “Qəbələ” rəqib
meydanında 2:0 hesabı ilə qalib gəlib.
Publika.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu oyunda
vurulan iki qolla komanda özünün səfərdəki məhsuldarlıq rekordunu
təkrarlayıb. Belə ki, “Qəbələ” cari mövsüm rəqib meydanında
keçirdiyi 14 görüşdə 23 dəfə qapılara yol tapıb. Bu, 12-ci
mövsümdür yüksək dəstədə çıxış edən “qırmızı-qaralar”ın ən yüksək
göstəricisinin təkrarıdır. Futbolçular 2014/15 mövsümündə də rəqib
meydanlarında rekord sayda - 23 qol vurmuşdu. Lakin həmin rekordun
qeydə alındığı vaxt səfərdə 16 oyun keçirən “Qəbələ” bu dəfə daha
az – 14 qarşılaşmada fərqlənib.
Sumqayıtdakı görüşdə hesabı açan Baqali Dabo isə “Qəbələ”nin
tarixinə mütləq rekordla düşüb. O, çempionatın bir mövsümündə ən
çox qol vuran futbolçu olub. Qol hesabını 13-ə çatdıran hücumçu
2013/14 mövsümündə rəqib qapılarına 12 dəfə yol tapan Daniel
Subotiçin rekordunu arxada qoyub.
13 qolla hazırda Topaz Premyer Liqasının bombardiri olan Dabo
Azərbaycan çempionatlarındakı qollarının sayını 20-yə çatdırıb. O,
ötən mövsümdə 7 dəfə fərqlənmişdi. Cavid Hüseynov isə Premyer
Liqada 14-cü dəfə “Qəbələ” azarkeşlərinə qol sevinci yaşadıb.
“Qəbələ”yə qələbə qazandıran qolların müəlliflərindən Baqali
ümumilikdə 27-ci, Cavid isə 19-cu dəfə “qırmızı-qara” formada
fərqlənib. Yalnız Viktor Mendi (33) və Dododan (30) geri qalan
fransalı bombardirlər siyahısında 3-cüdür. İlk “üçlük”dən başqa,
Filip Ozobiç (25) və Rövşən Əhmədovdan da (20) geri qalan 6-cı
yerdə qərarlaşan Daniel Subotiçə çatıb.
“Sumqayıt”la matç Dabo üçün daha bir yubileylə əlamətdar olub. O,
“Qəbələ”nin heyətində 60-cı oyununu keçirib. O, bu göstəricidə klub
tarixinin 29-cusudur.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)





















.jpg)
.jpg)
