İdman
"Qəbələ"nin baş məşqçisi istefa verdi - Rəsmi
"Qəbələ” futbol klubu baş məşqçisi Roman Qriqorçukla yollarını ayırdığını rəsmən açıqlayıb.
Publika.az xəbər verir ki, bu qərar Azərbaycan kubokunun final matçının ardından rəhbərliklə ukraynalı mütəxəssis arasındakı görüş zamanı qəbul olunub.
Həmin görüşdə müqavilənin uzadılmaması qərara alınıb. "Qəbələ” İdman Klubu Qriqorçuka 2015-2018-ci illərdə komandadakı uğurlu fəaliyyətinə görə təşəkkür edib, ona gələcək həyatında və karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, 2015-ci ilin əvvəlindən "Qəbələ”nin baş məşqçisi olan Roman Qriqorçuk bu postda 3,5 mövsüm çalışıb. "Qırmızı-qaralar”la Premyer Liqada 2 dəfə gümüş (2016/2017, 2017/2018), 2 dəfə bürünc (2014/2015, 2015/2016) mükafat qazanan ukraynalı mütəxəssis 2 dəfə Azərbaycan Kubokunun finalına (2016/2017, 2017/2018) qədər irəliləyib. Qriqorçukun rəhbərliyi altında 3 dəfə Avropa Liqasında çıxış edən "Qəbələ” 2015/2016 və 2016/2017 mövsümlərində turnirin qrup mərhələsinə qədər yüksəlib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)





















.jpg)
.jpg)
