İdman
“Azərbaycanın oyun dəst-xəttini Almeyda müəyyənləşdirir”
“Qrupdakı ilk oyun bizi bir qədər məyus edib. Pis oynadıq və buna uyğun da nəticə aldıq. İndi bu oyunu unutmalıyıq, gələcəyə baxmalıyıq. Bütün fikirlərimiz Azərbaycanla qarşılaşmaya yönəlib”.
“Report” xəbər verir ki, bunu UEFA Millətlər Liqasının II turunda Azərbaycan millisi ilə oyundan əvvəl təşkil edilən mətbuat konfransında Malta yığmasının baş məşqçisi Rey Farruciya deyib.
Mütəxəssis bildirib ki, səfərdə keçirdikləri ilk matçda Farer adalarına 1:3 hesabı ilə uduzduqları üçün çox üzgündürlər:
“İndi bu oyunu unutmalıyıq, gələcəyə baxmalıyıq. Bütün fikirlərimiz Azərbaycanla qarşılaşmaya yönəlib. Azərbaycan güclü rəqibdir, lakin biz uğurlu nəticə qazanmağa çalışacağıq.
Ötən oyundakı məğlubiyyətin səbəbi nədir?
- Buraxılan səhvlər nəticəni müəyyənləşdirdi. Taktiki cəhətdən komandam pis deyildi, yetərincə qol epizodlarımız da oldu. Ancaq səhvlərimiz bizə baha başa gəldi. Yetirmələrimə demişdim ki, heç kəs onları öldürməyəcək. Futboldan zövq alın və yaxşı oyun nümayiş etdirməyə çalışın.
Yəqin ki, Azərbaycan – Kosovo matçını izləmisiniz. Azərbaycan barədə düşüncələrinizi bilmək istərdik.
- Bəli, həmin qarşılaşmanı izləmişəm. Sabahkı rəqibimiz olduqca yaxşı komandadır. Xüsusilə, braziliyalını (Riçard Almeyda - red.) qeyd edərdim. Azərbaycanın oyun dəst-xəttini məhz həmin futbolçu müəyyənləşdirir. Sabah hər iki komanda qalib gələ bilər. Ancaq qeyd etməliyəm ki, Azərbaycan çox ciddi rəqibdir.
Azərbaycan yığmasının hansı özəlliklərini qeyd edə bilərsiniz?
- Azərbaycan Farer adaları yığmasından fərqli futbol oynayır. Bu görüşə yaxşı hazırlaşmışıq. İlk oyundakı səhvləri təkrar etməməliyik. Bunu bacarsaq, müsbət nəticə qazana bilərik.
Sentyabrın 10-da Ta Qali stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi



































.jpg)

.jpg)
