İdman
Prezidentin bacısı oğlu Zabit Səmədovun MƏKTƏBİNİN AÇILIŞINDA - FOTOLAR
Bu gün Mauqli ləqəbli tanınmış azərbaycanlı kikboksçu Zabit Səmədovun Heydər Əliyev İdman Kompleksinin nəzdində idman məktəbinin açılışı baş tutub.
Publika.az xəbər verir ki, açılışda Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev, Azərbaycan Taekvondo Federasiyasının birinci vitse-prezidenti, Dünya Taekvondo Federasiyasının Gənclər Komitəsinin üzvü Füzuli Musayev, polis polkovnik-leytenantı, "ağ canavar" ləqəbli azərbaycanlı kikboksçu, 15 qat Azərbaycan çempionu Eduard Məmmədov, Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılov və başqa rəsmi şəxslər iştirak edib. İdmanıçını təbrik etməyə gələnlər arasında incəsənət nümayəndələridən Əməkdar artist Röya Ayxan, Zamiq Hüseynov, Ədalət Şükürov, aparıcı Nurlana Cəfərova, Ranar Musayev və başqaları olub.
Xalq artisti Murad Dadaşovun aparıcılıq etdiyi mərasimdə Zabit Səmədov qırmızı lenti kəsdikdən sonra təəssüratlarını paylaşıb.
Mauqli bildirib ki, döyüş məktəbi açmaq onun çoxdankı arzusu olub:
“İlk növbədə dövlət başçısına, Heydər Əliyev adına idman kompleksində mənə yaradılan şəraitə görə Gənclər və İdman Nazirliyinə, həmçinin dəstəyini əsirgəməyən bütün dostlarıma öz minnətdarlığımı bildirirəm. Bu məktəbin açılmasında əsas məqsədimiz odur ki, illərlə qazandığım təcrübəni gənclərlə bölüşüb peşəkar idmançıların yetişdirilməsinə nail olaq. İnşallah bu məktəbin yetişdirdiyi idmançılar üç rəngli bayrağımızı gələcəkdə dünyanın ən böyük idman arenalarında dağlalandırar. Gələn aydan etibarən döyüş məktəbinə xarici məşqçilər dəvət olunacaq. Altı yaşından yuxarı hər kəs məktəbimizə üzv ola bilər”.
Daha sonra Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılov çıxış edib:
“İnanıram ki, məktəb gələcəkdə adını bütün dünyaya tanıtdıran və Azərbaycana böyük qələbələr gətirən idmançılar yetişdirəcək. İdman həvəskarlarının ixtiyarına verilən bu məktəb yeniyetmə gənclərin zərərli vərdişlərdən uzaq olmasına, onların sağlam həyat sürməsinə müsbət istiqamətdə təsir göstərəcək. İstər Bakıda, istərsə də regionlarda fəaliyyət göstərən Olimpiada Komplekslərində gənclərimizin idmana olan marağı hər il daha da artır. Ümumiyyətlə, son illər Azərbaycan idmanının yüksəlişi dünya ictimaiyyətinin də diqqət mərkəzindədir. Artıq ölkəmiz çox nüfuzlu beynəlxalq yarışların keçirildiyi bir məkana çevrilib. Bu da müstəqil Azərbaycanın idmançılara göstərdiyi diqqət, qayğı və dəstəyin nəticəsidir”.
Daha sonra tədbirdə millət vəkili Ülvi Quliyev və Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov da çıxış edərək bu cür klublarin yaradılmasının önəmindən, ölkə başçısının idmana dəstəyindən danışıb.
Aytən Məftun,
Foto: Pərviz Həşimi
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı






























.jpg)



.jpg)

