İdman
Dani Kintana: "Çempion olmasaq..."
"Qələbəyə layiq oynadıq. Mövsümün ən yaxşı matçlarından birini keçirdik. Diqqət, köklənmə - hər şey var idi. Bu, çıxışımıza müsbət təsir göstərdi. Ona görə də qələbə qazandıq".
"Report" xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Dani KintanaAzərbaycan Premyer Liqasının XIX turunda "Keşlə"ni səfərdə 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
İspaniyalı yarımmüdafiəçi matçın baş tutduğu "ASK Arena"nın süni ot örtüyündən şikayətlənib:
"Yüksək liqalarda bu səviyyəli stadionlarda oynamağa necə icazə verildiyini başa düşmürəm. Biri var süni meydança, biri də var son nəsil süni meydança. Özümü belə meydanlarda rahat hiss etmirəm. Fiziki yox, psixoloji məsələdir. Bunun öhdəsindən gəlməyə çalışıram".
D.Kintana 41 xalla liderliyi bölüşdükləri "Neftçi"ni yox, öz oyunlarını düşündüklərini vurğulayıb:
"Öz aramızda dəfələrlə danışmışıq ki, başqalarının oyunlarına diqqət yetirməyək. Öz çıxışımıza köklənirik. "Neftçi" udur, yoxsa uduzur - bunun bizim köklənməyimizə dəxli yoxdur. Çempion olmasaq, böyük məyusluq yaşaycağıq. Çünki mövsüm ərzində əziyyət çəkirik. Hər il avrokuboklarda oynayırıq. Orada çıxışı başa vurmağımızın iddialarımıza aidiyyəti yoxdur. Çempionluq üçün komandamızda yetərli potensial görürəm".
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur














.jpg)




















.jpg)
.jpg)

