İdman
Çakıra Çempionlar Liqasında YENİ TƏYİNAT
Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları üçün hakim təyinatları məlum olub.
Publika.az UEFA-nın saytına istinadən xəbər verir ki, “Mançester Yunayted” – PSJ matçını Sloveniyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Damir Skomina olacaq. Ona Yura Praprotnik və Robert Bukan kömək edəcək. Massimiliano İratti VAR hakimi, onun köməkçisi isə Marko Qvida olacaq. Oyunda dördüncü hakim funksiyasını Matey Yuq yerinə yetirəcək. Komandalar arasındakı ilk görüşdə PSJ səfərdə 2:0 hesabıyla qələbə qazanıb.
“Portu” – “Roma” matçının idarəçiliyi isə türklərə tapşırılıb. Oyunun baş hakimi Cüneyt Çakır olacaq. Ona Bahattin Duran və Tarık Engün kömək edəcək. Matçın VAR hakimi Simon Marçinyak, köməkçisi isə Pavel Gil olacaq. Oyunun dördüncü hakimi funksiyasını Halis Özkahya yerinə yetirəcək. Komandalar arasındakı ilk görüşdə “Roma” 2:1 hesabıyla qələbə qazanıb.
Hər iki qarşılaşma martın 6-da, saat 00:00-da start götürəcək.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu




































.jpg)


