İdman
“Barselona” ən çox izlənilən klub oldu
“YouTube” kanalı fevral ayında ən çox izlənilən dünya futbol klublarının siyahısını açıqlayıb.
Publika.az xarici KİV-lərə istinadla xəbər verir ki, siyahıda birinci yerdə 20 milyon 600 min baxışla İspaniyanın “Barselona” klubu qərarlaşıb. Buna səbəb klubun fevralda 2 dəfə “Real Madrid”lə qarşılaşması olub. Bundan əlavə Kataloniya təmsilçisi bu ayda “Valensiya”, “Atletiko Bilbao”, “Real Valledolid” və “Sevilya” ilə maraqlı oyunlar keçirib.
Siyahıda ikinci pillədə İngiltərənin “Mançester Yunayted” klubu yer alıb. Mançester təmsilçisi 13 milyon 900 min baxış toplayıb. “Mançester Siti” isə 7 milyon 860 min baxış sayı ilə üçüncü olub. “Mançester Siti”dən 340 min baxış geridə olan Fransanın “Paris Sen-Jermen” klubu 7 milyon 520 min göstərici ilə dördüncü, “Liverpul” isə 6 milyon 670 minlə beşinci olub.
Qeyd edək ki, İstanbulun “Fənərbağça” klubu 5 milyon 500 min baxışla onuncu yerdədir.
-
İdman22:18Messidən sonra Argentinanın 10 nömrəsi kim olacaq? - Namizədlər açıqlandı
-
Kriminal20:12Bakıda məktəbli bıçaqlandı: Sinif yoldaşı saxlanıldı - Yeniləndi
-
İdman19:50Arda Gülər tarix yazdı: 100 milyon avroluq ilk türk futbolçu
-
Ekopublika.az19:30Bakıda yeni tikili mənzillər bahalaşdı: Ən böyük artım bu rayonda oldu
-
Magazin119:2015 min manat qalmaqalı: Alim Qasımovdan Pünhan Piriyevin iddiasına reaksiya
-
Rəsmi xronika19:10İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izlədi - FOTO/YENİLƏNDİ
-
Rəsmi xronika16:22Prezidentdən övladlığa götürülmə ilə bağlı fərman
-
Magazin115:36Aygün o sözü ilə üzünə deyib ki, səni saymır, tanımır...











.jpg)






.jpg)
















.jpg)
