İdman
Həbibdən Makqreqora sərt sözlər: "Həyat yoldaşı..."
Qarışıq döyüş növlərinin (MMA) UFC 229 kateqoriyası üzrə ən güclü idmançılardan olan rusiyalı Həbib Nurməhəmmədov irlandiyalı rəqibi Konor Makqreqor haqqında sərt fikirlər söyləyib.
Publika.az xəbər verir ki, Həbib karyerasına son qoyduğunu açıqlayan Makqreqoru qısqanc bir həyat yoldaşına bənzədib.
O bildirib ki, Konorun döyüşməkdən vaz keçdiyinə inanmır: “O, qərar dəyişdirən bir insandır. Sabah da geri qayıtdığını açıqlayar, hər kəs də bu xəbərdən yazar. UFC ilə müqavilə məsələsində razılaşmayıb karyerasına son qoyarsa, onların itirəcəklərini anlamaları üçün təzyiq göstərmək istəyir. Bu, federasiya ilə görüşmələr üçün yeridilən siyasətdir. Mən də onlarla müzakirə aparmağın çətin oldğunu bilirəm. Konor bir kişinin sahib olduğu qısqanc həyat yoldaşı kimidir”.
Qeyd edək ki, Konor Makqreqor yaxın zamanlarda karyerasına son qoyduğunu açıqlamışdı.
Makqreqor ötən ilin oktyabr ayında Həbibə məğlub olmuşdu. Döyüşdən sonra iki döyüşçü və onların məşqçiləri arasında insident yaşanmışdı. Konor Həbibin dininə, ailəsinə, ölkəsinə və şəxsiyyətinə təhqirlər yağdırmışdı. Daha sonra isə onun revanş döyüşünə çağırmışdı. Lakin Həbib bu təklifi qəbul etməmişdi.
Zümrüd
-
Avropa21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...













.jpg)




















.jpg)
.jpg)

