İdman
"Minsk 2019": Bədii gimnastlarımız çıxışlarını başa vurdular - YENİLƏNDİ
Minskdə İkinci Avropa Oyunlarında bədii gimnastika üzrə yarışların sonuncu günü keçirilib.
Finalda çoxnövlülük üzrə qrup hərəkətlərində Azərbaycan komandasını Aliyə Paşayeva, Diana Əhmədbəyli, Ayşən Bayramova, Zeynəb Hümmətova və Darya Sorokina təmsil ediblər.
Azərbaycan gimnastları beş top ilə, həmçinin üç xalqa və iki cüt gürzlərlə fərdi hərəkətlərdə finalda çıxış edib.
Beş top ilə məşqlərdə gimnastlarımız 20.700 xalla yeddinci yeri tutublar. Üç halqa və iki cüt gürzlərlə qrup hərəkətlərində Azərbaycan gimnastları 24.275 bal toplayaraq altıncı yerdə qərarlaşıb.
Ümumilikdə, gimnastlarımız 44.975 xal toplayaraq, çöxnövlülükdə altıncı yeri tutub.
***
22:00
Azərbaycan millisinin daha bir boksçusu "Minsk 2019" II Avropa Oyunlarında mübarizəyə start verib.
64 kq çəki dərəcəsində çıxış edən Bəxtiyar Qazıbəyov ilk döyüşünü keçirib.
O, 1/16 finalda hollandiyalı Enriko Lakruzla üz-üzə gəlib. Qazıbəyov uduzaraq, Avropa Oyunlarında çıxışını erkən başa vurub.
***
20:00
Azərbaycanın idman akrobatları Ruhidil Qurbanlı və Abdulla Əl-Məsaihi "Minsk 2019" II Avropa Oyunlarında 3-cü medallarını qazanıblar.
Minskə ezam olunan əməkdaşının məlumatına görə, duet bu dəfə qarışıq cütlərin kombinə olunmuş hərəkətlərində fərqlənib.
Onların çıxışı 29,540 xalla qiymətləndirilib. Azərbaycanlı cütlük yalnız rusiyalı Viktoriya Aksyonova və Kirill Startsevdən (29,580) geri qalıb.
Qurbalı - Əl-Məşayxi ötən gün dinamik və balans hərəkətlərində də mükafatçılar sırasına düşüb. Onlar özlərinin ilk yarış gününü gümüş və bürünclə tamamlayıblar.
***
19;44
Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında azərbaycanlı samboçu Ağasif Səmədov finalda uduzub.
Ağasif Səmədov (52 kq) finalda erməni dünya çempionu Tiqran Kirakosyana 0:4 hesabı ilə məğlub olaraq gümüş medalla kifayətlənib.
Bu, Azərbaycanın yeddinci medalı olub. Medalların 3-ü gümüş, 4-ü bürünc əyarlıdır.
***
18:54
Azərbaycan cüdoçusu Rüstəm Orucov "Minsk 2019" II Avropa Oyunlarında gümüş medal qazanıb.
73 kq çəki dərəcəsində çıxış edən 28 yaşlı idmançı finalda isveçli Tomas Masiasa məğlub olub.
Hər iki cüdoçu ehtiyatlı başlayıb. Buna görə hakim onlara xəbərdarlıq edib. Sonradan Orucov vaza-ari xalı ilə önə keçib. Az sonra Masias əvvəlcə vaza-ari ilə bərabərliyə, sonra ipponla qələbəyə nail olub. Bu, Azərbaycanın "Minsk 2019"da 6-cı medalı olub.
***
18:45
Azərbaycan cüdoçusu Hidayət Heydərov "Minsk 2019" II Avropa Oyunlarında bürünc medal qazanıb.
73 kq çəkidə yer alan Heydərov 3-cü yer uğrunda görüşdə gürcüstanlı Laşa Şavdatuaşvilini 51 saniyəyə ipponla məğlub edib.
Bu, Azərbaycan idmançılarının "Minsk 2019"da 5-ci medalı olub. 73 kq çəkidə final görüşündə isə Rüstəm Orucov finalda isveçli Tomas Masiasla qarşılaşacaq (Report).
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO





















.jpg)















.jpg)


