Minskdə II Avropa Oyunlarının bağlanış mərasimi keçirildi - FOTO (YENİLƏNDİ)
Bizi izləyin

İdman

Minskdə II Avropa Oyunlarının bağlanış mərasimi keçirildi - FOTO (YENİLƏNDİ)

Mərasimdə çıxış edən ölkə prezidenti Aleksandr Lukaşenko "Minsk 2019"u dostluq və birlik bayramı adlandırıb:

"Biz bu bayramı hər şeydən əvvəl özümüzə hədiyyə etdik. 10 gün ərzində birlik ab-havasını siz idmançılar yaratdınız. Məşəli söndürməmişdən əməyi keçən hər kəsə, o cümlədən jurnalistlərə, hakimlərə, könüllülərə təşəkkür edirəm. 8 min könüllünü itirə bilmərik. Onların verilənlər bazasını hazırlamağı tapşırmışam. Azarkeşlərə də minnətdaram. Əziz qonaqlar, siz müharibəsiz, sakit şəraitdə yaşayan ölkədə oldunuz".

Lukaşenko Oyunların simvolu Lesik adlı tülküyə də təşəkkürünü bildirib və Avropa Oyunlarına uzun və şərəfli ömür arzulayıb.

Avropa Olimpiya Komitələrinin prezidenti Yanez Kotsiyançiç də çıxış edərək, təmiz idman mübarizəsi şəraitində Oyunlar izlədiklərini vurğulayıb. O, idmanda dopinqə qarşı amansız mübarizə aparacaqlarını diqqətə çatdırıb. Sloveniyalı funksioner "Minsk 2019"un Belarus üçün yaxşı sərmayə olduğunu sözlərinə əlavə edib və təşkilatçı ölkə üçün medal sıralamasında ikinci yeri gözəl nəticə adlandırıb. EOC prezidenti açılışda olduğu kimi, bağlanışda da belarusca danışmağı unutmayıb.

Nəhayət, Oyunların məşəli söndürülüb.

Tədbir atəşfəşanlıqla yekunlaşıb (Report).

***

30 iyun 23:28

İyunun 30-da Belarusun paytaxtı Minskdə ikinci Avropa Oyunlarının bağlanış mərasimi keçirilir.

Publika.az xəbər verir ki, “Dinamo Arena”da keçirilən bağlanış mərasimini bir sıra ölkələrin dövlət və hökumət başçıları, nazirləri, o cümlədən Azərbaycanın Gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə izləyirlər.

Azərbaycan idmançılarının keçidi zamanı bayraqdar ikinci Avropa Oyunlarının çempionu, karateçi Asiman Qurbanlı olacaq.

İyunun 21-də start götürən ikinci Avropa Oyunlarında qitənin 50 ölkəsindən 4 mindən çox atlet idmanın 15 növü üzrə 200 dəst medal uğrunda mübarizə aparıb.

Azərbaycan “Minsk 2019”da 82 idmançı ilə təmsil olunub. Atletlərimiz idmanın 11 növü üzrə medallar uğrunda yarışıblar. Azərbaycan idmançıları bu mötəbər yarışda 28 (5-10-13) medal qazanaraq onuncu pillədə qərarlaşıb. İkinci Avropa Oyunlarında medalların sayına görə birinci yeri dörd il əvvəl olduğu kimi Rusiya komandası tutub. Rusiyalı atletlər ümumilikdə 109, o cümlədən 44 qızıl, 23 gümüş və 22 bürünc medal qazanıblar. Ev sahibi Belarus millisi 69 (24-16-29) medalla ikinci olub. Üçüncü yeri isə aktivində 40 medal (15-17-18) olan Ukrayna tutub.

Xatırladaq ki, tarixdə ilk Avropa Oyunları 2015-ci il iyunun 12-28-də Bakıda keçirilib. Azərbaycan bu mötəbər idman yarışının təşkili üçün qalan 30 aylıq qısa müddətdə hazırlıq prosesini yüksək səviyyədə başa vuraraq Avropa Oyunlarının standartlarını müəyyənləşdirib. “Bakı 2015”də uğurla çıxış edən Azərbaycan millisi komanda hesabında ikinci yerdə qərarlaşıb. İdmançılarımız Oyunlarda 56, o cümlədən 21 qızıl, 15 gümüş və 20 bürünc medal qazanıblar.

Üçüncü Avropa Oyunların 2023-cü ildə Polşanın Krakov şəhərində keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm