İdman
"Bura turist kimi gəlməmişik" - Franko Lerda
"İlk oyundakı nəticədən sonra bura ümidli gəlmişik. Mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik".
Qol.az xəbər verir ki, bu sözləri "Partizani"nin baş məşqçisi Franko Lerda Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində sabah Bakıda "Qarabağ"la keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.
- Albaniya mətbuatında yazılana görə, "Partizani" penaltilər seriyasına hazırlaşır. Maraqlıdır, ümidinizi yalnız buna bağlamısınız?
- Bu, oyunun gedişatından asılıdır. Təbii ki, sabah oyun qolsuz başa çatsa, penaltilər seriyasına ehtiyac olacaq. Biz də buna da hazırlaşmışıq.
- 90 və ya 120 dəqiqə ərzində "Qarabağ"ı keçmək şansınızı real görürsünüz?
- Bura turist kimi gəlməmişik. Var gücümüzlə çıxış edəcəyik. İlk oyun geridə qalıb. Cavab matçında uğurlu nəticə qazanmağa çalışacağıq.
- Futbolçularınız iddialı açıqlamalar verib. Bu, rəqib üzərində psixoloji təsir cəhdidir, yoxsa, həqiqətən də, növbəti mərhələyə ümidiniz böyükdür?
- Qələbə qazanacağımıza 100 faiz əmin deyilik. "Qarabağ"ın büdcəsi bizdən qat-qat çoxdur.Amma futbolda hər şey ola bilər.
- İlk oyundan sonra "Qarabağ" gözlədiyiniz gücdə çıxdı?
- "Qarabağ" haqda bildiklərim ilk oyundan sonra özünü təsdiqlədi. Fərdi bacarığı yüksək olan oyunçuları var. Onları "Roma"ya qarşı matçda da izləmişdim. Gözlədiyim kimi, güclü komanda ilə qarşılaşdıq.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)





















.jpg)
.jpg)
