İdman
Qurbanovdan qələbəyə İLK REAKSİYA
"Futbolçularıma təşəkkür etmək istəyirəm. Çox səbrli oynadılar, lazım olan məqamda hücum etməyi bacardılar. Maraqlı matç oldu".
"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Albaniyanın "Partizani" komandasını 2:0 hesabı ilə məğlub etdikləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan sonra deyib.
47 yaşlı mütəxəssis bildirib ki, rəqib yaxşı müdafiə olunub: "Müdafiə olunmaqdan həzz alırdılar. Əks-hücumlarda çox sürətli oynayırdılar. Çətin rəqib idi. Komandamızı təbrik edirəm və azarkeşlərə təşəkkür edirəm.
İlk oyuna görə ünvanımıza tənqidə rast gəlməmişəm. Oyunlar zamanı futbolçuların hazırlıq səviyyəsi bəzən fərqli olur. Yığmada olanlar və legionerlər bizə gec qoşuldular. Oyundan-oyuna forma yığırlar. Bir az səbrli olmalıyıq.
Yeni transferləri növbəti mərhələyə sifariş verəcəyik. Bədavi Hüseynovun isə zədəsi davam edir. Ola bilər, ilk oyunu buraxdıq. Limitə görə bəzi transfer edə bilmirik. Faysalın üstün cəhəti odur ki, həm sağ, həm sol cinah müdafiəçisi kimi çıxış edə bilər. Bu da Maksim Medvedevi mərkəzdə oynatmağa imkan verəcək".
"Qarabağ" II təsnifat mərhələsində İrlandiyanın "Dundalk" komandası ilə qarşılaşacaq. Baş məşqçi rəqibi daha yaxından tanıyandan sonra fikir bildirməyin düzgün olacağını söyləyib: "Uzaq səfərə çıxacağıq. Səfər yorğunluğu olacaq. Çalışacağıq ki, yaxşı hazırlaşaq".
Qurbanov "Qarabağ"da debüt edən Ailton Silva barədə də danışıb: "O, yaxşı formasından bir az uzaqdır. Oyun praktikası azdır. Amma təcrübəsi hiss olundu. Onu başqa futbolçu ilə müqayisə etmək istəmirəm. Daha da yaxşı olmalıdır".
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)





















.jpg)
.jpg)
