İdman
“Qarabağ” son 6-7 ildə oynadığımız ən yaxşı rəqiblərdən biridir - Baş məşqçi
“Həqiqətən çox çətin sınaq olacaq. Oyunda səbirli olmalıyıq. Rəqibin topa daha çox nəzarət edəcəyini başa düşməliyik. Buna uyğun taktika seçməliyik. Bizim də yaxşı hücumçularımız var. Ancaq avrokuboklarda qol vurmağımız problemdir”.
Bu sözləri “Dundalk”ın baş məşqçisi Vinni Pert Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində sabah “Qarabağ”la keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.
42 yaşlı mütəxəssis əvvəlki açıqlamalarında olduğu kimi, bu dəfə də "Qarabağ" haqda müsbət fikirlər söyləyib: "Düşünürəm ki, “Qarabağ” son 6-7 ildə oynadığımız ən yaxşı rəqiblərdən biridir. Onların texniki ustalıqlarını qeyd edərdim. “Qarabağ”ın bu cəhəti onları digər rəqiblərimizdən üstün edir.
Son vaxtlar İrlandiya futbolunda vəziyyət yaxşı deyi. Ötən həftə "Riqa"bı keçməyimiz bizdə nikbinlik yaradıb. Məqsədimiz bunu sabah da davam etdirməkdir. Qalib gəlmək şansımız var. Ancaq çox çətin olacağını bilirik. Səviyyəimizi artırmalıyıq".
V.Pert sonda azarkeşlərdən dəstək istəyib: “Əgər ötən həftə uğurumuza görə bizi təbrik edənlər sabah bir yerə yığılsa, kifayət qədər dəstəyimiz olacaq. Bura kiçik şəhərdir. Təxminən 40 min nəfər yaşayır. Ötən həftə bu insanların yarısı bizi dəstəklədi" (Qol.az).
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur














.jpg)




















.jpg)
.jpg)

