İdman
Ağacan Abiyev: İlham Əliyevin MOK-a prezident seçilməsi ilə yeni mərhələ başladı
Respublikamızda ən müasir idman infrastrukturunun qurulması nüfuzlu yarışların təşkili üçün geniş imkan yaradır
Bu sözləri Azərtac-a müsahibəsində Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi, Milli Məclisin deputatı Ağacan Abiyev deyib.
"İyirmi iki il əvvəl Azərbaycanda Olimpiya hərəkatı yeni mərhələyə qədəm qoyub. 1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilməsi ilə respublikamızda Olimpiya hərəkatı və bütövlükdə idmanın inkişafı ilə bağlı böyük işlərin görülməsinə başlanılıb. Azərbaycanın Olimpiya Oyunlarında layiqincə təmsil olunması təmin edilib, beynəlxalq əlaqələrin qurulması, MOK-un beynəlxalq Olimpiya ailəsinin nüfuzlu üzvünə çevrilməsi istiqamətində əsaslı tədbirlər həyata keçirilib. Bu gün Azərbaycan dünyanın ən güclü idman dövlətlərindən birinə çevrilib. Ölkəmizdə idmanla, Olimpiya hərəkatı ilə bağlı aparılan məqsədyönlü siyasət öz bəhrəsini verir. Bu siyasət nəticəsində bu gün ölkəmizdə idman sahəsində əldə edilmiş möhtəşəm qələbələr haqqında böyük fəxrlə danışa bilirik", - millət vəkili qeyd edib.
A.Abiyev deyib ki, idman cəmiyyətimizdə önəmli bir ictimai amilə çevrilib. Azərbaycanda ötən illər ərzində müasir idman infrastrukturu yaradılıb. Paytaxt Bakıda və bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi, müasir standartlara cavab verən idman arenaları, meydançalar ölkəmizdə bu sahədə görülən irimiqyaslı işlərin nəticəsidir. Respublikamızda ən müasir infrastrukturun yaradılması dünyanın ən nüfuzlu idman tədbirlərinin keçirilməsi üçün geniş imkanlar yaradır. İlk Avropa, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı yarışların ölkəmizdə təşkili buna əyani misaldır. Ölkəmizdə keçirilən beynəlxalq idman yarışlarının sayı getdikcə artır. Müxtəlif növlər üzrə dünya, Avropa çempionatlarının ölkəmizdə keçirilməsi adi hal alıb. Əgər müstəqilliyimizin ilk illərində ən kiçik beynəlxalq turnirin ölkəmizdə keçirilməsi çətinlik yaradırdısa, indi dünya, Avropa çempionatları, Olimpiya Oyunlarına lisenziya verən yarışların təşkili, müxtəlif beynəlxalq yarışlar bir-birini əvəz edir. Böyük yarışların ölkəmizdə keçirilməsi respublikamızın turizm sektorunun daha da inkişafına səbəb olur. Ölkəmizə gələnlərin sayı getdikcə artır. Onlar Azərbaycanın bütün sahələrdə hansı sürətlə inkişaf etdiyini öz gözləri ilə görürlər.
İdmançılarımızın Avropa Gənclər Olimpiya Festivalında parlaq nailiyyətlər qazandıqlarını vurğulayan MOK-un baş katibi deyib: “Azərbaycan bu günlərdə ən mötəbər idman tədbirlərindən biri olan Avropa Gənclər Olimpiya Festivalına yüksək səviyyədə ev sahibliyi edərək növbəti dəfə tarix yazdı. Yarışların keçirildiyi 7 gün ərzində dünya, o cümlədən Avropanın idman ictimaiyyətinin gözü Azərbaycanda idi. Festivalın yarışları, sözün həqiqi mənasında, əsl idman bayramına çevrildi. Azərbaycan komandası yarışlarda 122 idmançı ilə mübarizə aparırdı. Atletlərimiz böyük əzmkarlıq göstərərək komandamızın aktivinə 10 qızıl, 7 gümüş və 6 bürünc medal yazdırıblar. Bu nəticə ilə Azərbaycan yığma komandası 48 ölkə arasında dördüncü oldu”.
İdmançılarımız cəmiyyətimiz üçün çox gözəl nümunədirlər
MOK-un baş katibi müstəqillik dövründə Azərbaycanda yeni güclü idmançı nəslinin yetişdiyini bildirib: “Azərbaycanda güclü idmançı nəsli yetişib. Dünyanın müxtəlif ölkələrində Azərbaycanın bayrağını qaldıran, himnini səsləndirən idmançılarımızın hər biri ilə fəxr edirik. Onlar cəmiyyətimiz üçün çox gözəl nümunədirlər. Uşaq və yeniyetmələr bu idmançılardan nümunə götürürlər. Onlar kimi idmanla məşğul olub böyük nailiyyətlər qazanmağa can atırlar. Təsadüfi deyil ki, son illər idman bölmələrinə kütləvi axın müşahidə olunur.
Bölgələrdə idmanın inkişafı üçün hər bir şərait yaradılıb
A.Abiyev qeyd edib ki, idman infrastrukturunun Azərbaycanın bölgələrində də yaradılması həmin regionlarda yaşayan uşaq, yeniyetmə və gənclərin idmanla məşğul olması üçün geniş imkanlar yaradır. Prezident İlham Əliyev regional Olimpiya mərkəzlərinin açılışlarında şəxsən iştirak edərək idmanın kütləviliyinin təmin edilməsinin əsas məqsəd olduğunu qeyd edib. Şübhəsiz, beynəlxalq turnirlərdə, nüfuzlu yarışlarda idmançılarımızın qələbələr əldə etməsi çox vacibdir. Amma Azərbaycanın gələcəyi olan sağlam gəncliyin yetişməsi millətimiz üçün çox önəmlidir. Uşaqların idmanla məşğul olmasını təmin etməklə onların həm fiziki, həm də mənəvi cəhətdən inkişafını təmin etmiş oluruq. Məhz cəmiyyətdə idmançılara böyük hörmətin olması bu sahəyə üz tutanların sayının artmasına səbəb olur. Ötən illər ərzində idmançıların bütün problemlərinin həllini tapması üçün görülən işlər davam edir. İdmançılara, idman mütəxəssislərinə, veteranlara dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. Bu gün Azərbaycanın hər bir vətəndaşı beynəlxalq yarışlarda bayrağımızın yüksəklərdə dalğalandığını, himnimizin səsləndirildiyini görəndə fəxr edirlər.
Əminik ki, Azərbaycan idmanı daha böyük zirvələr fəth edəcək
Azərbaycanda idman sahəsində görülən işlərə dünyanın ən nüfuzlu idman qurumları tərəfindən yüksək qiymət verildiyini bildirən MOK-un baş katibi ölkəmizdə idmana cavabdehlik daşıyan bütün qurumların bir komanda halında fəaliyyət göstərmələrinin nailiyyətlərin sayının daha da artmasına səbəb olduğunu bildirib: “Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, idman cəmiyyətləri, klublar Azərbaycan idmanında daha böyük nailiyyətlərin əldə edilməsi üçün birgə səy göstərirlər. Azərbaycan güclü idman dövlətidir və əldə edilən nailiyyətlərin sayı durmadan artır. İdmançılarımız ildən-ilə daha böyük uğurlar qazanırlar. Uğurların artması göstərir ki, idman Azərbaycanda sürətlə inkişaf edib. Diqqət etsək görərik ki, yalnız ən inkişaf etmiş ölkələrin idmançıları yüksək uğurlar əldə edirlər. Məhz Azərbaycanda bütün sahələrdə gedən uğurlu inkişaf idmanda da parlaq nəticələrin əldə edilməsi üçün imkanlar yaradıb. Əminik ki, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan idman dövləti kimi gələcəkdə də yenilməz gücünü dünyaya nümayiş etdirəcək”.
-
İdman20:45
Azərbaycan - Slovakiya oyununda ikinci qol - CANLI/YENİLƏNDİ
-
Ekologiya20:15
Geomaqnit qasırğası olacaq - Bu tarixlərdə
-
Nəqliyyat19:30
Naxçıvana bu avtomobillərin girişi məhdudlaşdırıldı - VİDEO
-
Avropa18:00
Orban Trampı razı salmaq üçün Ukraynanı görün nə ilə hədələdi
-
Region17:10
Paşinyan və Tokayev görün nəyi müzakirə edib
-
Rəsmi xronika15:24
Prezident fərman imzaladı
-
Hadisə14:50
Bakının məşhur restoranında ofisiantlar müğənnini bıçaqladı - TƏFƏRRÜAT
-
Yaxın Şərq13:58
"Hizbullah" hədəfi dəyişdi: 1500 erməni bombardman edildi