İdman
Millimizin üzvü İspaniyada klubunu dəyişdi
Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun İspaniya çempionatının I Divizonunda çıxış edən “Albasete” klubuna keçidi rəsmiləşib.
Publika.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ilə dördillik müqavilə bağlanıb. “Albasete”nin onun 2020-ci ilin iyulunadək müqaviləsi olduğu “Alkorkon”a ödədiyi təzminatın məbləği açıqlanmır.
Eddi İsrafilov “Alkorkon”a ötən ilin yanvarında “Ximnastik”dən transfer olunub. Lakin komandanın yeni baş məşqçisi Fren Fernandes yarımmüdafiəçinin xidmətində maraqlı olmadığı üçün onun adını təlim-məşq toplanışı üçün 23 nəfərlik heyətə daxil etməyib. Millimizin futbolçusu daha əvvəl İspaniyanın digər təmsilçiləri - “Kadis”, “Mursiya”, “Qranada”, “Eybar” və “Kordoba” klublarının formasını geyinib.
Xatırladaq ki, Eddi İsrafilovun atası anqolalı, anası azərbaycanlıdır.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
















.jpg)


















.jpg)

.jpg)