İdman
“Qarabağ”ın oyununda təxribat törədənlərin GÖRÜNTÜLƏRİ
“Qarabağ” “Düdelanj” matçında təxribat törədənlərin görüntüsü yayılıb.
Axar.az xəbər verir ki, təxribatçıların görüntüsünü Ermənistan futbol yığmasının azarkeş qrupu olan “First Armenian Front” öz Feysbuk səhifəsinda paylaşıb. Onların dörd nəfərdən ibarət olduğu müəyyən edilib.
Göründüyü kimi, əllərində bayraq adına əski parçası və dron tutan dördlüyün təxribata əvvəlcədən hazırlaşdıqları üzə çıxır.

Qeyd edək ki, dünən “Qarabağ”- “Düdelanj” oyunu zamanı meydançaya dronla “dqr”in bayraq adına əski parçası endirilib. Buna Azərbaycan azarkeşləri və “Qarabağ”ın futbolçuları sərt etiraz ediblər. Nəticədə oyunda bir neçə dəqiqəlik fasilə yaranıb. Lüksemburqun İdman naziri futbolçularımızdan baş verənlərə görə üzr istədikdən və törədilən təxribatın təşkilatçılarının yaxalanacağı vədi verməsindən sonra oyun davam etdirilib.
Təxribatı isə “First Armenian Front” fanat qrupunun Belçikadakı üzvlərinin törətdiyi bəlli olub. Maraqlı məqam odur ki, təxribatın törədilməsindən bir neçə dəqiqə öncə “First Armenian Front” səhifəsində təxribat törədiləcəyi ilə bağlı “FAF-ın Belçikadan olan üzvləri Qarabağın oyununa sürpriz hazırlayıblar. Oyuna baxmağı məsləhət görürük” sözləri ilə xəbərdarlıq yerləşdirilib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
















.jpg)

















.jpg)
.jpg)

