İdman
Avropa çempionatında çıxış edəcək qadınlardan ibarət yığmamızın heyəti açıqlandı
Fevralın 10-dan 16-dək İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı keçiriləcək.
Publika.az xəbər verir ki, Olimpiya Güləş Mərkəzində baş tutan mətbuat üçün açıq məşqdən sonra sərbəst və yunan-Roma güləşi üzrə yığmalarımızın heyəti açıqlanıb.
Artıq qitə birinciliyində çıxış edəcək qadın güləşçilərimizin tam siyahısı da müəyyənləşib. Hazırda Türkiyənin Ədirnə şəhərində təlim-məşq toplanışını davam etdirən millimizin 8 üzvü Romada mübarizə aparacaq. Fevralın 10-da İtaliyaya yollanacaq heyətdə baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Türkan Nəsirova (50 kq), Tatyana Varansova (53 kq), Alyona Kolesnik (57 kq), Elmira Qəmbərova (59 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolova (65 kq), İrina Netreba (68 kq) və Səbirə Əliyeva (76 kq) yer alacaq.
Qeyd edək ki, eyni heyət ötən il Rumıniyanın paytaxtı Buxarestdə keçirilən analoji yarışda da çıxış etmişdi. Həmin Avropa çempionatında Manolova qızıl, Kolesnik, Qəmbərova və Omelçenko bürünc medal qazanmış və yığmamız komanda hesabında 4-cü yeri tutmuşdu.
-
MDB21:00"Qiyamət radiosu" yeni sirli söz yayımladı
-
Sosial20:48Azərbaycanda çörək bahalaşıb? - RƏSMİ AÇIQLAMA
-
Sosial20:36Paytaxt sakinlərinin NƏZƏRİNƏ: bu yollar təmirə bağlanır - FOTO
-
Dünya19:48Cəsədlərinin qalıqları kiçik qutularda ailələrinə təhvil verildi
-
MDB17:02Zelenskinin Azərbaycanla bağlı təklifinə Moskvadan reaksiya
-
Rəsmi xronika16:35İlham Əliyev Sərəncam imzaladı
-
Dünya16:07Ermənistan və Azərbaycandan olan iş adamları artıq birbaşa işləyə bilərlər - Paşinyan
-
Hadisə15:44Milli Onkologiya Mərkəzində partlayış: Ölən və yaralanan var

















.png)
.jpg)












