İdman
Tokio-2020 Yay Olimpiya Oyunları təxirə salına bilər
Yeni tip koronavirusla bağlı təhlükə artsa, 2020 Yay Olimpiya Oyunları təxirə salınacaq.
Publika.az xəbər verir ki, bunu Tokio 2020 Təşkilat Komitəsinin İdarə Heyətinin üzvü Haruyuki Takahaşi deyib.
Yaponiyanın paytaxtı Tokioda 24 iyul-9 avqust tarixlərində keçirilməsi planlaşdırılan oyunlarda koronavirus epidemiyasının genişlənməsi təqdirində görüləcək tədbirlərlə bağlı ABŞ mediasına açıqlama verən Takahaşi olimpiadanın ləğv olunacağını düşünmədiyini dilə gətirib: “Ən məntiqli seçim təxirə salınması ola bilər. Beynəlxalq Olimpiya Komitəsi (IOC) oyunların maliyyə həcmini diqqətə alaraq ləğv kartını seçimlər arasına əlavə etməz”.
O, oyunların tamaşaçısız keçirilməsinin də iqtisadi baxımdan çox ağır nəticələrinin olacağını qeyd edib.
Bu açıqlamadan sonra Tokio 2020 Təşkilat Komitəsinin İdarə Heyəti təxirə salınma və ya ləğvlə bağlı seçimlərin hazırda gündəmdə olmadığını, hazırlıqların planlaşdırıldığını elan edib.
Qeyd edək ki, Azərbaycan da Tokio-2020 Yay Olimpiya Oyunlarında geniş tərkibdə iştirak etməyi planlaşdırır.
Zümrüd
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
















.jpg)

















.jpg)
.jpg)

