İdman
Tokio-2020: Rafael Ağayevlə İrina Zaretskanın lisenziyaları ləğv olundu
Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak üçün 40 karateçiyə reytinq sistemi ilə lisenziyanın verilməsi barədə qərar ləğv olunub.
Ümumdünya Karate Federasiyası (WKF) bu qərara yenidən baxacağını açıqlayıb. Səbəb kimi olimpiadanın təxirə salınması və koronavirusla bağlı vəziyyət göstərilib.
40 karateçi Tokio-2020-yə reytinq sistemi ilə vəsiqə qazanmışdı. Bunlar kumitedə 67 kq, 75 kq və 75 kq-dan yuxarı çəkilərdə kişilər, 55 kq, 61 kq və 61 kq-dan yuxarı çəkilərdə qadınlar, katada isə həm kişilər, həm də qadınlar hərəyə 5 nəfərdən (biri təşkilatçı Yaponiyadan olmaqla) ibarət idilər. Siyahıda Azərbaycan təmsilçilərindən Rafael Ağayev (75 kq) və İrina Zaretska (+75 kq) da yer almışdı.
Lakin Oyunlar 2021-ci ilə təxirə salındığı üçün reytinq üzrə seçim gələn ilin mayında başa çatacaq. Bu il keçirilməli olan Rabat (Mərakeş) Premyer Liqası, Bakıdakı Avropa çempionatı və Parisdəki (Fransa) təsnifat turniri ləğv olunub. Əvəzində gələn il Rabat Premyer Liqası, İsveçin Göteborq şəhərində Avropa çempionatı lisenziya xarakteri daşıyacaq.
Qeyd edək ki, hazırkı reytinq siyahısında İrina Zaretska (+61 kq) 9247,5 xalla 1-ci, Rafael Ağayev (75 kq) 7005 xalla 3-cü pillədə qərarlaşıb. (report)
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)





















.jpg)
.jpg)
