İdman
"Formula 1"in təqvimi iyunda açıqlanacaq
"Formula 1" mövsümünü iyulun 5-də və 12-də Avstriyada iki yürüşlə başlamaq planlaşdırılır, lakin təqvimin rəsmi versiyası indiyədək təqdim edilməyib. "Liberty Media" mövsümün Avropa hissəsinin təqvimini gələn həftə açıqlamağı planlaşdırırdı, lakin Britaniya hakimiyyətinin ölkəyə gələnlər üçün tətbiq etdiyi ikihəftəlik karantinin "Formula 1" üçün istisna olunması ləğv ediləndən sonra bu planlara düzəliş etmək lazım gəldi.
Publika.az xəbər verir ki, çempionatın təşkilatçısı "GPFans"ın informasiyasına görə, çempionatın təşkilatçılarına Böyük Britaniya hakimiyyəti ilə razılığa gəlmək və ya rədd cavabı olduqda Silverstoun yürüşlərinin əvəzini razılaşdırmaq üçün əlavə vaxt tələb olunurdu. Bununla əlaqədar, mövsümün təqviminin yeni versiyasının açıqlanması iyunun birinci həftəsinə qədər təxirə salındı.
Hesab edilir ki, Avstriya yürüşləri ilə yanaşı, Belçika və İtaliya Qran-prilərinin təçkilatçıları ilə də razılaşmalar əldə edilib. Spada və Montsada yürüşlər daha əvvəl planlaşdırıldığı kimi avqustun 30-da və sentyabrın 6-da keçiriləcək. Avropada digər yürüşlərin, habelə Asiya, Şimali və Cənubi Amerika mərhələlərinin keçirilməsi barədə danışıqlar davam etdirilir, çünki həmin regionların ölkələrində koronavirusa görə məhdudiyyətlər hələ də qüvvədədir.
Bununla belə, "Liberty Media" Yaxın Şərq mövsümünü başa çatdırmağı planlaşdırır: Bəhreyn Qran-Prisi dekabrın 6-na, Əbu-Dabi Qran-Prisi dekabrın 13-nə nəzərdə tutulub.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)





















.jpg)
.jpg)
