İdman
Acunun heyran olduğu futbolçu milli komandadan qovuldu - ŞOK SƏBƏB
Türkiyənin qadınlardan ibarət futbol üzrə milli komandasının forvardı Aycan Yanaç heyətdən uzaqlaşdırılıb.
Publika.az xəbər verir ki, millinin baş məşqçisi Necla Güngör ona təklif göndərməyəcəyini bildirib.
“Survivor” TV yarışmasına qatılan Aycanın yenidən milliyə çağırılıb-çağırılmayacağına dair suala baş məşqçi belə cavab verib: “Siz olsanız, çağırardınız? Mənim futbolçuların burada qan-tər içində məşq edir. Bütün fikirlərini milli komandaya yönəldiblər. Bu vəziyyətdə yarışmaya gedən bir Aycanı çağıracağımı zənn etmirəm”.
Açıqlamadan xəbər tutan A.Yanaç qarşısına milli komanda ilə yarışma arasında seçim qoyulmadığını, qoyulacağı təqdirdə isə milli komandanı seçəcəyini deyib. O bildirib ki, Necla Güngör baş məşqçi olduğu müddətdə bird aha milli komandanın düşərgəsinə qatılmayacaq: “Almaniya millisinin baş məşqçisi bu durumda mənimlə qürur duyar, məni dəstəkləyərdi. Amma Necla hoca insanlara yanlış informasiya ötürür”.
Qeyd edək ki, Almaniyanın Nürnberq şəhərində 1998-ci ildə dünyaya gələn Aycan Yanaç 2 il əvvəl A milli komandasına dəvət alıb.
"Survivor" yarışmasındakı futbol matçlarında fəal çıxış edən Aycan proqramın rəhbəri Acun Ilıcalının rəğbətini qazanmışdı. Ilıcalı onu bu vaxta qədər futbolunu seyr etdiyi ən istedadlı qadın oyunçu adlandırmışdı.
Zümrüd
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)





















.jpg)
.jpg)
