İdman
Azərbaycan Kikboksinq Federasiyasına yeni prezident seçildi
Azərbaycan Kikboksinq Federasiyasının idarə heyətinin onlayn iclası keçirilib.
Publika.az xəbər verir ki, iclasda Əliyev Orxan Sədrəddin oğlu federasiyanın yeni prezidenti seçilib. Federasiyanın keçmiş prezidenti, Milli Məclisin vitse-spikeri Adil Əliyev isə qurumun fəxri sədri seçilib.
Adil Əliyev yeni prezidentə inandığını bildirib və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Orxan Əliyev isə ona göstərilən etimada görə, təşəkkürünü ifadə edib və bu etimadı doğruldacağına söz verib: “Azərbaycan Kikboksinq Federasiyasının prezidenti seçilmək mənim üçün qürurvericidir. Amma eyni zamanda kifayət qədər ciddi və məsuliyyətli bir yükün altına girməyimin fərqindəyəm. Mənə göstərilən etimadı doğrultmağa, federasiyanı daha da irəli aparmağa çalışacağam. Azərbaycan Kiqboksinq Federasiyası ölkədə idmana töhfə verməyə davam edəcək”.
Qeyd edək ki, O.Əliyev 1981-ci il iyunun 20-də Qərbi Azərbaycanda anadan olub. 2002-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Özəl sektorda uğurlu fəaliyyət göstərib. Müxtəlif beynəlxalq biznes forumları və konfranslarda Azərbaycanı təmsil edib. Beynəlxalq idman yarışlarının təşkilatçısı və sponsoru olub. Azərbaycan, İngilis, türk və rus dillərini bilir.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)





















.jpg)
.jpg)
