İdman
Azad Rəhimov bu ölkəyə dəstək veriləcəyini bildirdi
Yaponiya təşkilati işlərdə böyük təcrübəsi olan ölkələrdən Tokio-2020 Yay Olimpiya Oyunlarının keçirilməsi üçün dəstək istəyib.
Azərbaycan Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətindən Publika.az-a bildirilib ki, Yaponiya Nazirlər Kabinetinin Baş katibi Katsunobu Kato tərəfindən edilən müraciətdə idman yarışlarının keçirilməsi istiqamətində böyük təcrübəsi olan ölkələrin kadr potensialının Yaponiyaya göndərilməsi kimi müraciət öz əksini tapıb.
Müraciətə cavab olaraq gənclər və idman naziri Azad Rəhimov Azərbaycanın 2015-ci ildə ilk Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, 2016, 2017, 2018, 2019-cü illərdə "Formula 1", 2019-cu ildə XV Avropa Gənclər Olimpiadası kimi beynəlxalq yarışlara çox böyük uğurla ev sahibliyi etdiyini bildirib. Bu məqsədlə nazir Tokioda baş tutacaq Oyunlarda Azərbaycanın təcrübəli kadr potensialı ilə dəstək göstərməsinin mümkünlüyünü qeyd edib.
Öz növbəsində A.Rəhimov bildirib ki, Azərbaycan idman yarışlarının keçirilməsi baxımından istər texniki, istərsə də təşkilati məsələlərdə kifayət qədər böyük təcrübəyə malik ölkədir. Azərbaycanın bütün qeyd olunan mötəbər tədbirlərdə çalışan əməkdaşlarından ibarət məlumat bazası var və münasib olaraq bizim mütəxəssislər aidiyyəti sahələr üzrə Yaponiya tərəfinə təqdim olunacaq.
Hazırda idman yarışlarında texnologiya, nəqliyyat, idman məkanlarının idarə olunması, könüllülərlə iş və s. sahələrdə çalışan yerli kadrlar var və onlar vaxtaşırı müxtəlif beynəlxalq yarışlara dəvət alır, öz bilik və təcrübələrini müvəffəqiyyətlə həyata keçirirlər.
Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları 2020-ci il 24 iyul - 9 avqustda keçirilməli idi. Lakin koronavirus pandemiyası üzündən olimpiada bu il 23 iyul - 8 avqusta təxirə salınıb. Yay Paralimpiya Oyunları isə 24 avqust - 5 sentyabrda gerçəkləşməlidir.
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı
















.jpg)












.jpg)



.jpg)

