İdman
Teymur Rəcəbov yarımfinala yüksəldi
"Champions Chess Tour” çərçivəsində keçirilən “Opera Euro Rapid” turnirində pley-off mərhələsinə yekun vurulub.
Publika.az xəbər verir ki, mükafat fondu 100 min ABŞ dolları olan yarışın beşinci günündə 1/4 final mərhələsinin ikinci matçları keçirilib.
Azərbaycan şahmatçısı Teymur Rəcəbovun Niderland qrossmeysteri Aniş Giri ilə növbəti görüşü baş tutub. İlk qarşılaşmada olduğu kimi, yenə 2:2 hesabı qeydə alınıb.
Hesab bərabər olduğundan şahmatçılar blitsdə zəkalarını yoxlayıblar. 2 oyundan ibarət mübarizədə qrossmeysterimiz üstün olub (1,5:0,5) və növbəti mərhələyə yüksəlib.
Onun yarımfinaldakı rəqibi ABŞ təmsilçisi Uesli So olacaq. Digər 1/2 final görüşündə Maqnus Karlsenlə (Norveç) Maksim Vaşye-Laqrav (Fransa) üz-üzə gələcək.
Qeyd edək ki, turnirə fevralın 14-də yekun vurulacaq. Yarımfinal matçları isə fevralın 11-12-də olacaq.
“Opera Euro Rapid”
1/4 final, ikinci matç
10 fevral
Aniş Giri (Niderland) – Teymur Rəcəbov (Azərbaycan) - 2:2 (0,5:0,5, 0,5:0,5, 0,5:0,5, 0,5:0,5)
Tay-brek: 0,5:1,5 (0,5:0,5, 0:1)
İlk oyun: 2:2 (0,5:0,5, 0,5:0,5, 0:1, 1:0)
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular













.jpg)























.jpg)

.jpg)