İdman
Azərbaycan yığması Qətərə məğlub oldu - (YENİLƏNDİ)
Millimiz beynəlxalq yoldaşlıq oyununda Qətərlə qarşılaşıb.
Publika.az xəbər verir ki, Macarıstanın Debretsen şəhərində keçirilən oyunda Qətər yığması qalib gəlib.
Hesabı 16-cı dəqiqədə millimiz açsa da, Qətər yığması 55 və 58-ci dəqiqədə ardıcıl iki qol vuraraq yekunda qələbə qazanmağı bacarıb.
Beynəlxalq yoldaşlıq oyunu
Qətər - Azərbaycan – 2:1
Qollar: Al Haydos, 55 (pen.), 58 - Ramil Şeydayev, 16 (pen.)
xxx
22:17
Millimiz beynəlxalq yoldaşlıq oyununda Qətərlə qarşılaşır.
Publika.az xəbər verir ki, Macarıstanın Debretsen şəhərində keçirilən oyunda hesab dəyişib.
Qətər yığması 55 və 58-ci dəqiqədə ardıcıl iki qol vuraraq hesabda önə keçib.
Hazırda hesab 2:1 rəqibin xeyrinədir.
Beynəlxalq yoldaşlıq oyunu
Qətər - Azərbaycan – 2:1
Qollar: Al Haydos, 55 (pen.), 58 - Ramil Şeydayev, 16 (pen.)
xxx
22:05
Millimiz beynəlxalq yoldaşlıq oyununda Qətərlə qarşılaşır.
Publika.az xəbər verir ki, Macarıstanın Debretsen şəhərində keçirilən oyunda ikinci hissə başlayıb.
Yığmamız ilk yarını öndə bitirib. Qarşılaşmanın 16-cı dəqiqəsində Ramil Şeydayev penalti zərbəsindən fərqlənib.
Beynəlxalq yoldaşlıq oyunu
Qətər - Azərbaycan – 0:1
Qol: Ramil Şeydayev, 16 (pen.)
xxx
22:00
Millimiz beynəlxalq yoldaşlıq oyununda Qətərlə qarşılaşır.
Publika.az xəbər verir ki, Macarıstanın Debretsen şəhərində keçirilən oyunda ilk hissə başa çatıb.
Yığmamız ilk yarını öndə bitirib. Qarşılaşmanın 16-cı dəqiqəsində Ramil Şeydayev penalti zərbəsindən fərqlənib.
Beynəlxalq yoldaşlıq oyunu
Qətər - Azərbaycan – 0:1
Qol: Ramil Şeydayev, 16 (pen.)
xxx
21:18
Millimiz beynəlxalq yoldaşlıq oyununda Qətərlə qarşılaşır.
Publika.az xəbər verir ki, Macarıstanın Debretsen şəhərində keçirilən oyunda hesab açılıb.
Yığmamız hesabda önə keçib. Qarşılaşmanın 16-cı dəqiqəsində Ramil Şeydayev penalti zərbəsindən fərqlənib.
Hazırda qarşılaşmada ilk hissə davam edir.
Beynəlxalq yoldaşlıq oyunu
Qətər - Azərbaycan – 0:1
Qol: Ramil Şeydayev, 16 (pen.)
xxx
21:04
Millimiz beynəlxalq yoldaşlıq oyununda Qətərlə qarşılaşır.
Publika.az xəbər verir ki, qarşılaşma Macarıstanın Debretsen şəhərində keçirilir.
Hazırda oyunda ilk hissə davam edir, hesab açılmayıb.
Beynəlxalq yoldaşlıq oyunu
Qətər - Azərbaycan – 0:0
xxx
20:13
Beynəlxalq yoldaşlıq görüşündə Qətərlə üz-üzə gələcək Azərbaycan yığmasının start heyəti açıqlanıb.
Publika.az xəbər verir ki, millimiz meydana aşağıdakı “11-lik”lə çıxacaq:
1. Emil Balayev (k), 5. Şəhriyar Əliyev, 4. Bəhlul Mustafazadə, 2. Sertan Taşqın, 22. Tellur Mütəllimov, 19. Təmkin Xəlilzadə, 16. Aleksey İsayev, 20. İsmayıl İbrahimli, 7. Anatoli Nuriyev, 10. Mahir Emreli, 11. Ramil Şeydayev
Qətər millisinin də heyəti məlumdur:
1. Saad Əl-Şib, 2. Pedro Migel, 18. Əhməd Elamin, 16. Khoukhi, 15. Basam El Ravi, 7. Əhməd Allaeldin, 23, Assim Madibo, 20. Abdulsalam, 4. Məhəmməd Vaad, 10. Al Haydos (k), 19. Almoez Ali
Bu gün Macarıstanın Debretsen şəhərindəki “Nadyerdeyi” stadionunda keçiriləcək Qətər - Azərbaycan matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qeyd edək ki, UEFA DÇ-2022-yə ev sahibliyi etdiyi üçün seçmə mərhələdən azad olan Qətər yığmasını Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı A qrupuna daxil edib.
Asiya çempionu ilə matçlar hazırlıq xarakteri daşıyır.
xxx
08:16
Futbol üzrə Azərbaycan millisi bu gün beynəlxalq yoldaşlıq oyununda qüvvəsini Qətər yığması ilə sınayacaq.
Publika.az xəbər verir ki, qarşılaşma Macarıstanın Debretsen şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qətər yığması Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı A qrupuna daxil edib, amma bu komanda ilə matçlar hazırlıq xarakteri daşıdığı üçün qrupda xal bölgüsünə təsir etmir.
Azərbaycan yığması Qətərlə üçüncü dəfə qarşılaşacaq. 2013-cü ildəki ilk oyun 1:1 hesabı bitib, 2017-ci ildə isə milli rəqibini məğlub edib - 2:1.
Azərbaycan yığması seçmə mərhələdəki ilk görüşündə İtaliyada Portuqaliyaya 0:1 hesabı ilə uduzub. Qətər isə Lüksemburqu eyni hesabla yenib.
Beynəlxalq yoldaşlıq oyunu
21:00. Qətər - Azərbaycan
Hakimlər: İvan Krujlyak, Tomaş Somolani, Branislav Hantsko, Peter Kraloviç (Slovakiya)
Macarıstan, Debretsen. "Nadyerdeyi" stadionu
Qeyd edək ki, A qrupunun digər oyunlarında Serbiya Portuqaliyanı, İrlandiya isə Lüksemburqu qəbul edəcək.
-
Magazin120:24Tatlıses Günelə mirasından pay verib?
-
Sosial19:48Qalib Salahzadənin dəniz kənarındakı obyektləri sökülür
-
Elm və təhsil19:00Nazir bu xanıma yüksək vəzifə verdi - FOTO
-
Nida Xəbər 16:16Azərbaycan vasitəsilə benzin idxalı qiymətlərə təsir edəcək - Ermənistan ümidlidir
-
Dünya14:52Epşteyn Putinlə də görüşmək istəyib? - Kremldən rəsmi açıqlama
-
Sosial13:50Azərbaycanda məşhur şirkət işçisinə pul ödəmədi - 1,8 milyonluq kapitala həbs qoyuldu
-
Region12:48Pezeşkian ABŞ-la danışıqların şərtlərini açıqladı: Əraqçiyə tapşırdım ki...
-
ABŞ12:361983-cü ildən bəri ABŞ-da belə şey olmayıb: Klintonlar razılaşdılar












.png)



.jpg)




.jpg)

.jpg)











