İdman
Elxan Məmmədovdan AVRO-2020 AÇIQLAMASI: "Azarkeşlərin iştirakı ilə bağlı..."
“Aprelin 8-də ictimaiyyətə verilmiş məlumatda qeyd olunduğu kimi, AVRO-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcək oyunlarında azarkeşlərin iştirakı ilə bağlı bütün müvafiq sənədlər, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı UEFA-ya göndərilib”.
Publika.az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov milli assosiasiyanın rəsmi saytına açıqlamasında Avropa çempionatının Bakıda keçiriləcək oyunlarına azarkeşlərin buraxılması barədə danışarkən deyib.
O bildirib ki, turnirə evsahibliyi edəcək digər şəhərlər haqqında da ümumi məlumat artıq paylaşılıb: “Sevindirici haldır ki, Bakıda keçiriləcək oyunlar zamanı stadionun tamaşaçı tutumunun 50%-i qədər azarkeşin qarşılaşmaları tribunalardan izləməsi mümkün olacaq. AVRO-2020-nin təşkil olunacağı digər şəhərlərdə rəqəmlər müxtəlifdir. Ümid edirəm ki, çempionatın keçiriləcəyi bütün şəhərlərdə azarkeşlərin iştirakı minimum 50%-ə qədər təmin ediləcək”.
Məmmədovun sözlərinə görə, mayın 15-də bilet satışı bərpa olunacaq: “Stadionun ümumi tamaşaçı tutumunun cəmi 50%-nə azarkeşlərin buraxılacağını nəzərə alaraq, futbolsevərlərə biletlər satışa çıxan kimi tələsməyi tövsiyə edərdim. Bizi maraqlı oyunlar gözləyir. Xüsusilə, qardaş Türkiyə millisinin iki oyununun Bakıda keçiriləcəyini bir daha xatırlatmaq istərdim. Özünəməxsus futbol ənənələrinə malik Uels və İsveçrə millilərinin qarşılaşmasının da maraqlı olacağına şübhə etmirəm. Bakı Olimpiya Stadionunda izləyəcəyimiz 1/4 final oyununda isə Avropa çempionu adına iddialı iki komandanın qarşılaşa biləcəyi istisna olunmur. Stadiona girişlə bağlı qaydaları bilet satışı başlamazdan öncə detallı şəkildə təqdim edəcəyik. Sağlam olaq və böyük futbol həyəcanına birgə şahidlik edək”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)





















.jpg)
.jpg)
