İdman
Ramil Quliyevin xanımı da Türkiyə vətəndaşlığını qəbul etdi
Rusiyalı atlet Yekaterina Poistoqova-Zavyalova-Quliyeva idman vətəndaşlığını dəyişib.
Ümumdünya Atletikası (World Athletics) 800 metr məsafəyə qaçış üzrə London-2012 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısının Türkiyə millisində çıxış etməsinə icazə verib. 30 yaşlı idmançı bundan sonra həyat yoldaşı, əslən azərbaycanlı atlet Ramil Quliyevlə birlikdə "ay-ulduzlular"ın uğurları üçün yarışacaq.
Poistoqova 2015-ci ildə dopinq qalmaqalına görə idmandan kənarlaşdırılıb. Ümumdünya Antidopinq Agentliyi (WADA) əvvəlcə təcrübəli idmançı üçün ömürlük diskvalifikasiya tələb edib. Lakin rusiyalı vəkillər cəzanı iki ilə endirməyə nail olublar. Həmçinin onun olimpiya medalı da saxlanılıb. Buna baxmayaraq, Rusiya yığmasının heyətində nüfuzlu yarışlara qatılma şansı olmayan atlet özünü yenidən beynəlxalq arenada sınamaq və potensialını reallaşdırmaq üçün Türkiyə vətəndaşlığını qəbul edib.
2019-cu ildə Ramil Quliyevlə ailə həyatı quran idmançının 2020-ci ilin yanvarında qız övladı dünyaya gəlib. Bu evlilik neytral status qazanma şansı az olan Poistoqova üçün idman karyerasını davam etdirmək baxımından yeni imkanlar açıb. Onun sonradan Quliyeva soyadını götürməsi isə mümkün sanksiyalardan sığortalanmaq cəhdi kimi qəbul edilir. Rusiyadan fərqli, Türkiyə milli komandası sanksiyalara məruz qalmadığından, olimpiya mükafatçısının gələcəkdə vəsiqə qazanacağı beynəlxalq yarışlarda iştirak etməməsi üçün heç bir səbəb yoxdur.
Bununla belə, Türkiyə Atletika Federasiyasının dopinqə görə cəzalandırılmış idmançını yığmaya cəlb etməsi risk kimi qiymətləndirilib.
Qeyd edək ki, Ramil Quliyev 2011-ci ildə Azərbaycan vətəndaşlığını Türkiyə vətəndaşlığına dəyişib.(Report)
-
İdman20:36"Neftçi" - "Nyukasl" oyununa görə belə qərar verildi
-
Nida Xəbər 20:00Azərbaycanda bu yüksək vəzifə ləğv edildi
-
Hadisə19:12Bu rayonda zəlzələ oldu
-
Hadisə19:00Sumqayıtda güclü yanğın baş verdi - VİDEO
-
Nida Xəbər 18:48Gənc oğlanı qaçırıb evlənməyə məcbur etdilər
-
İdman18:36Qurbanov sağlam qidanın "Qarabağ"ın nəticələrinə təsirindən danışdı
-
MDB15:32Putin Məmmədovla Gevorkyanı təltif etdi
-
MDB15:02Ukraynanın ağır dronları 2 min km qət etdi, Uxtanı vurdular: Neft emalı zavodu yanır






.webp)













.jpg)











.jpg)


