Elmar Qasımov eyvandan pul səpdi, millidən qovuldu - VİDEO - (YENİLƏNDİ)
Bizi izləyin

İdman

Elmar Qasımov eyvandan pul səpdi, millidən qovuldu - VİDEO - (YENİLƏNDİ)

Tanınmış cüdoçu, uzun müddət Azərbaycan yığmasının üzvü olmuş və müxtəlif titullar qazanmış Elmar Qasımovun küçəyə dollar səpməsini əks etdirən görüntülər birmənalı qarşılanmayıb.

Publika.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının mətbuatı xidməti açıqlama yayaraq Elmar Qasımovun intizamsızlığı ilə bağlı ona dəfələrlə xəbərdarlıq edildiyini və idmançının yığmann heyətindən artıq kənarlaşdırıldığını bildirib:

“Elmar Qasımov Olimpiya mükafatçısıdır, dəfələrlə Azərbaycan bayrağını yüksəklərə qaldırıb. Lakin o, instaqram hesabında müxtəlif videolar paylaşır və bu görüntülər dəfələrlə etirazlara səbəb olub. Bununla bağlı onunla bir neçə dəfə danışsaq da, əhəmiyyət verməyib. Elmar Qasımova yığma komandada son şans da verdik. Onu Budapeştdə keçirilən dünya çempionatına göndərdik. Lakin orda da uduzdu və ümidlərimizi boşa çıxardı. Qasımov son paylaşdığı videoya görə milli komandadan kənarlaşdırılıb. Yığmamız Şahdağda təlim-məşq toplanışı keçsə də, o, heyətə qatılmayıb. İnstaqram Elmarın şəxsi hesabıdır və biz sırf ona hər hansı qadağa qoya bilmərik. Lakin artıq idmançı kimi millidə yer almayacaq”.

xxx

11:16

"Fikir bildirməyə çətinlik çəkirəm. Amma əminliyimi ifadə etmək istəyirəm ki, o, əsl pul deyil. Videonu görməmişəm, sizdən eşitdim. Amma söhbətin nədən getdiyini başa düşürəm".

Publika.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı milli komandanın üzvü Elmar Qasımovun binanın eyvanından dollar əskinasları səpələməsini əks etdirən video barədə danışarkən deyib.

Onun sözlərinə görə, hansısa adekvat insan ilin-günün bu vaxtı belə hərəkət etməz: "Elmar milyonçu da deyil ki, eyvandan küçəyə dollar səpsin. Bilmirəm reytinq toplayır, özünü reklam edir, yaxud nəyinsə xətrinə bu addımı atıb. Yəqin ki, həmin pullar, əskinaslar əsl deyil, saxtadır, oyuncaqdır".

Babanlı məsələyə federasiyada baxılacağını sözlərinə əlavə edib: "Biz araşdıracağıq. Onun özünü də dəvət edəcəyik və izahat tələb edəcəyik".

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Federasiya rəsmisi Qasımovun psixologiyasında hansısa problemin olmadığını vurğulayıb: "Özünü çox yaxşı hiss edir, adekvat adamdır. Başa düşür ki, 100 kq-da onun rəqibi var. Getdikləri bütün yarışlarda rəqibi onu üstələyib. Zelim Kotsoyev yer tutanda Qasımov bunu bacarmayıb. Kotsoyev 3 görüşdən qalib ayrılanda Qasımov ilk qarşılaşmasındaca uduzub. Özü də başa düşür ki, bu şansı qaçırıb".

Babanlı məlum videonun yayılma səbəbi ilə bağlı ehtimalını da irəli sürüb: "Ola bilər ki, Elmarın məqsədi videonun kütləvi yayılması deyildi. Bəlkə də özü üçün çəkib. Kimsə bundan sui-istifadə edir və ya yayır. Belə də ola bilər. Elmar Qasımov tanınmış cüdoçularımızdandır".

Qeyd edək ki, Elmar Qasımov 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. O, 2009-cu ildə Ermənistanın paytaxtı İrəvanda gənclər arasında Avropa çempionatında qızıl medal qazanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm