İdman
AVRO-2020: İngiltərə millisi yarımfinala yüksəldi
Futbol üzrə Avropa çempionatında 1/4 final mərhələsinin son oyunu keçirilib.
Publika.az xəbər verir ki. İtaliyanın paytaxtı Romadakı "Olimpiko" stadionunda İngiltərə və Ukrayna yığmaları üz-üzə gəlib. Almaniyalı referi Feliks Brıxın idarə etdiyi qarşılaşma britaniyalıların böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0.
İngiltərə yığmasından Harri Keyn, 4-cü və 50-ci dəqiqələrdə dubl edib. Qalan qolları Harri Maquayr 46-cı, Cordan Henderson 63-cü dəqiqədə vurub.
Beləliklə, yarımfinal oyunlarında üz-üzə gələcək bütün komandalar müəyyənləşib. Finala gedən yolda İtaliya İspaniya ilə iyulun 6-da, Danimarka isə İngiltərə ilə iyulun 7-də görüşəcək. İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda təşkil olunacaq hər qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular





































.jpg)

.jpg)