İdman
Vasif Durarbəyli növbəti mərhələyə vəsiqə qazandı
Rusiyanın Soçi şəhərində şahmat üzrə dünya kuboku yarışları davam edir.
Publika.az xəbər verir ki, Azərbaycanın 7 şahmatçısının qatıldığı yarışın ikinci günündə 4 şahmatçımız – Vasif Durarbəyli, Türkan Məmmədyarova, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva cavab oyunlarında mübarizə aparıblar. Yüz iyirmi səkkizdəbir final mərhələsində mübarizəyə qoşulan Vasif Durarbəyli Finlandiyanı təmsil edən Dmitri Sklyarovu cavab oyununda məğlub edib. Yekun nəticəyə görə, 1,5:0,5 hesabla rəqibi üzərində qələbə qazanan şahmatçımız növbəti mərhələyə vəsiqə qazanıb.
Qadınların yarışında isə altmış dörddəbir finalda Gülnar Məmmədova cavab oyununda estoniyalı Mai Narvaya məğlub olub. Hesab 1:1 olduğundan şahmatçımız tay-brekdə mübarizə aparacaq.
Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva isə yarışda mübarizəni dayandırıblar. Belə ki, Türkan Məmmədyarova kubalı Tereza Ordaz Valdez ilə heç-heçə etsə də, cavab oyununda ona məğlub olub. Ülviyyə Fətəliyeva isə rəqibi hindistanlı Raut Padminiyə birinci partiyada olduğu kimi, cavab oyununda da uduzub.
Xatırladaq ki, dünya kuboku iddiaçılar turnirinə vəsiqə xarakteri daşıyır.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
















.jpg)

















.jpg)
.jpg)

