İdman
"Neftçi"nin hücumçusu əməliyyat edildi - FOTO
Yunanıstanın “Olimpiakos” klubu ilə UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda ciddi zədə alan "Neftçi"nin futbolçusu Namik Ələskərov əməliyyat olunub.
Publika.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçinin əməliyyatı uğurlu alınıb. Bu barədə "ağ-qaralar"ın həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında deyib.
Onun sözlərinə görə, üz-çənə cərrahı tərəfindən maksilyar hissədə icra olunmuş əməliyyat tam uğurla başa çatıb: "Namikin vəziyyəti stabildir. O, palataya yerləşdirilib, 1-2 günə evə buraxılacaq. Futbolçumuz təxminən 3 həftədən sonra fərdi məşqlərə başlaya biləcək".
Qeyd edək ki, Namik Ələskərov matçın 43-cü dəqiqəsində zədələnib. "Olimpiakos"un futbolçusu Məhəmməd Kamaranın kobud oyunundan sonra başından qan açılan oyunçu görüşü davam etdirə bilməyib. Onun əvəzinə meydana Mirabdulla Abbasov daxil olub. Kamara isə qırmızı vərəqə ilə meydandan qovulub. Qarşılaşma "Neftçi"nin minimal hesablı məğlubiyyəti ilə başa çatıb - 0:1.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
