İdman
Tokio-2020: Boksçumuz bürünc qazandı
Azərbaycan boksçusu Alfonso Dominges Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
Publika.az xəbər verir ki, 81 kq çəki dərəcəsində yer alan idmançı yarımfinalda son olimpiya çempionu kubalı Arlen Lopeslə üz-üzə gəlib.
Rəqibinə məğlub olan Dominges olimpiadanın bürünc medalı ilə kifayətlənib.
İlk raundda 5 hakimdən 4-ü Azərbaycan təmsilçisinin üstün olduğunu bildirib. İkinci hissədə isə 4 referi Lopesin lehinə qərar çıxarıb.
Dominges üçüncü raundda noqdauna düşüb və hakimlərin hamısı Lopesin üstün olduğu qənaətinə gəlib.
Qeyd edək ki, Alfonso Dominges 1/8 final mərhələsində özbəkistanlı Dilşodbek Ruzmetovu, 1/4 finalda isə türkiyəli Bayram Malkanı mübarizədən kənarlaşdırıb.
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR





































