İdman
Tokio-2020: Azərbaycanın iki güləşçisi məğlub oldu - (YENİLƏNDİ)
Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
Publika.az xəbər verir ki, 77 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 finalda Akjol Mahmudovla (Qırğızıstan) üz-üzə gəlib.
Hüseynov rəqibinə 1:9 hesabı ilə uduzub. Mahmudov finala yüksəlsə, Azərbaycan təmsilçisi təsəlliverici görüşə qatılacaq.
xxx
07:45
Tokio Olimpiadasında güləş yarışları davam edir.
Azərbaycan Güləş Federasiyasından Publika.az-a verilən məlumata görə, bu gün yunan-Roma güləşində 77 və 97, qadın güləşində isə 68 kq-da mübarizəyə start verilib.
Rafiq Hüseynov (77 kq) ilk görüşdə isveçli Aleks Kessidislə qarşılaşıb. İki dünya ikincisinin mübarizəsindən həmyerlimiz qalib ayrılıb. 1:1 hesabıyla yekunlaşan görüşdə güləşçimiz sonuncu xal prinsipinə əsasən 1/4 finala yüksəlib. Bu mərhələdə Rafiqin rəqibi qırğızıstanlı Akjol Mahmudov olacaq.
Elis Manolova (68 kq) 1/8 finalda nigeriyalı Blessinq Oborududu ilə üz-üzə gəlib və rəqibinə məğlub olub.
-
Cənubi Qafqaz13:30Avropa anti-Azərbaycan missiyasından sonra İrəvana nə göndərir? - Detallar
-
Nida Xəbər 11:05Əli Əsədov sərəncam imzaladı
-
Nida Xəbər 10:06196 ölkədə axtarılan İnqilab Babayev belə ələ keçirildi - VİDEO
-
İdman10:00Qalmaqallı futbolçu yeni sevgili tapdı: Özündən 14 yaş kiçikdir - FOTOLAR
-
Dünya09:48Qalmaqal: Tərcüməçi Zelenskinin çıxışından sonra söyüş söydü
-
Maraq dünyası09:1223 aprelə qədər "Şans üçbucağı"nda olan 3 bürc
-
Dünya08:48Yoxa çıxan helikopter tapıldı - Göyərtədə olan hər kəs...
-
Magazin106:16Oğlu efirə gəlib sürpriz etdi






.jpg)






.webp)










.webp)












