İdman
Rafael Ağayev gümüş medal qazandı
Azərbaycan karateçisi Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb.
Publika.az xəbər verir ki, 75 kq-da mübarizə aparan idmançı həlledici qarşılaşmada italiyalı Luici Busa ilə üz-üzə gəlib.
B qrupundakı son görüşündə Busaya uduzan Ağayev bu dəfə rəqibi ilə bacarmayıb - 0:1. Beləliklə, o, gümüş medalla kifayətlənib.
***
Azərbaycan karateçisi Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.
Publika.az xəbər verir ki, 75 kq-da mübarizə aparan idmançımacarıstanlı Qabor Karoli Harspataki ilə qarşılaşıb.
Rəqibinə 7:0 hesabı ilə qalib gələn 5 qat dünya və 11 qat Avropa çempionu adını finala yazdırıb və ən azı gümüş medalı təmin edib.
Ağayevin həlledici qarşılaşmadakı rəqibi italiyalı Luici Busa olacaq.
***
Azərbaycan karateçisi Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
Publika.az xəbər verir ki, 75 kq-da mübarizə aparan idmançı B qrupundakı sonuncu - dördüncü döyüşündə italiyalı Luici Busa ilə üz-üzə gəlib.
5 qat dünya və 11 qat Avropa çempionu görüşün bitməsinə 56 saniyə qalmış zədələnsə də, döyüşü sonadək davam etdirib. Qarşılaşma Ağayevin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
***
Azərbaycan komandası Tokio-2020 Yay Olimpiya Oyunlarında 5-ci medalı təmin edib.
Publika.az-ın məlumatına görə, buna 75 kq çəki dərəcəsində yer alan karateçi Rafael Ağayev nail olub. 5 qat dünya və 11 qat Avropa çempionu qrup mərhələsindəki ilk 3 görüşünü qələbə ilə başa vuraraq, yarımfinala yüksəlib. Bununla da 36 yaşlı idmançı ən azı bürünc medalı təmin edib.
***
Azərbaycan karateçisi Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
Publika.az-ın xəbərinə görə, 75 kq-dakı idmançı B qrupundakı üçüncü döyüşündə qazaxıstanlı Nurkanat Ajiqanovla qarşılaşıb.
Rəqibinə 3:2 hesabı ilə qalib gələn Ağayev vaxtından əvvəl yarımfinala vəsiqə qazanaraq, ən azı bürünc medalı təmin edib. O, qrupdakı sonuncu görüşünü italiyalı Luici busaya qarşı keçirəcək.
***
Azərbaycan karateçisi Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
Publika.az-ın məlumatına görə, 75 kq çəki dərəcəsində çıxış edən idmançı B qrupundakı ikinci döyüşündə Avstraliya təmsilçisi Tsuneari Yahiro ilə üz-üzə gəlib. Ağayev rəqibini 5:0 hesabı ilə üstələyib.
O, ilk qarşılaşmasında Noa Biçi (Almaniya) məğlubiyyətə uğradıb.
A və B qruplarında ilk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, bürünc medalı da təmin edəcək.
***
Azərbaycan karateçisi Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Publika.az-ın xəbərinə görə, 75 kq çəki dərəcəsində çıxış edən idmançı B qrupundakı ilk görüşündə Almaniya təmsilçisi Noa Biçlə üz-üzə gəlib.
Ağayev rəqibinə 2:1 hesabı ilə qalib gəlib. O, qrupda növbəti döyüşünü Çuneari Yahiro (Avstraliya) ilə keçirəcək. İlk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, bürünc medalı da təmin edəcək.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)





















.jpg)
.jpg)
