İdman
İrina Zaretska da gümüş medal qazandı - FOTO - (YENİLƏNDİ)
Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
Publika.az xəbər verir ki, 61 kq-dan yuxarı çəkidə çıxış edən idmançı finalda Misir təmsilçisi Feryal Abdelazizlə üz-üzə gəlib.
Rəqibinə məğlub olan Zaretska gümüş medalla kifayətlənib.
xxx
15:36
Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
Publika.az xəbər verir ki, 61 kq-dan yuxarı çəkidə çıxış edən idmançı yarımfinalda çinli Qonq Li ilə üz-üzə gəlib.
Rəqibinə 3:2 hesabı ilə qalib gələn Zaretska finala yüksəlib.
xxx
13:36
Azərbaycan karateçisi İrina Zaretskanın Tokio Olimpiadasının yarımfinaldakı rəqibi müəyyənləşib.
Publika.az xəbər verir ki, 61 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançımız qızıl medala gedən yolda çinli Qun Li ilə qarşılaşacaq.
Qrup mərhələsində İ.Zaretska ilk döyüşündə Yaponiya idmançısı Ayumi Uekusaya 4:1 hesabı ilə qalib gəlib. Növbəti görüşündə italiyalı Silvia Semerarodan üstün olub - 3:2. Üçüncü görüşdə idmançımız qazaxıstanlı Sofiya Berultsevaya 4:5 hesabı ilə uduzub. Sonuncu döyüşdə idmançımız türkiyəli Məltəm Hocaoğlunu 4:0 hesabı məğlub edib.
Qrupda keçirdiyi görüşün 3-də qələbə qazanan və 1 qarşılaşmada uduzan İ.Zaretska 6 xalla qrup birincisi kimi yarımfinala adlayıb. Bununla da o, ən azı bürünc medalı təmin edib.

xxx
11:57
Azərbaycan komandası Tokio-2020 Yay Olimpiya Oyunlarında 6-cı medalı təmin edib.
Publika.az-ın məlumatına görə, buna 61 kq-dan yuxarı çəkidə çıxış edən qadın karateçi İrina Zaretska nail olub.
Dünya çempionu A qrupundakı 3 görüşünü qələbə ilə başa vuraraq, yarımfinala yüksəlib.
Bununla da 25 yaşlı idmançı ən azı bürünc medalı təmin edib.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur














.jpg)




















.jpg)
.jpg)

