İdman
Tokio Olimpiadası başa çatdı - YENİLƏNDİ
Tokio-2020 Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib.
Publika.az Report-a istinadən xəbər verir ki, Yaponiya Milli Stadionundakı tədbir koronavirus pandemiyası səbəbindən azarkeşsiz təşkil olunub.
Əvvəlcə 6 yerli idmançı Yaponiya bayrağını meydanın mərkəzinə gətirib və dövlət himni səsləndirilib
Daha sonra iştirakçı ölkələrin bayraqdarları qarışıq şəkildə arenaya daxil olublar. Açılış mərasimindən fərqli, bu dəfə Azərbaycan bir bayraqdarla təmsil olunub. Dövlət bayrağını olimpiadada gümüş medal qazanmış sərbəst güləşçi Hacı Əliyev daşıyıb. Ardınca isə idmançılar eyni qaydada meydanın mərkəzinə toplaşıblar.
Paraddan sonra lazer işıqları ilə stadionun üzərində Olimpiya halqaları əks olunub. Daha sonra Yaponiyanın sosial həyatını özündə ehtiva edən kompazisiya göstərilib.
Bundan sonra qadınlar və kişilər arasında marafonun qalibəri mükafatlandırlıb. Qadınların mübarizəsində Keniya atleti Peres Cepçirpirə qızıl, onun həmyerlisi Bricit Kosgeyə gümüş, ABŞ təmsilçisi Molli Zaydelə bürünc medal təqdim olunub. Kişilərdə isə fəxri kürsünün ilk pilləsinə keniyalı Eliud Kipçoge qalxıb. İkinci yeri Niderland atleti Abdi Nageye tutub. Bürünc medalı isə Belçikanı təmsil edən Bəşir Abdi qazanıb.
Olimpiadanın rəsmi himni səsləndirildikdən sonra olimpiya bayrağı endirilərək, yarışın növbəti təşkilatçı ölkəsi olan Fransanın nümayəndəsinə təqdim olunub. Ardınca isə Paris-2024 Yay Olimpiya Oyunlarının tanıtım videosu yayımlanıb.
Sonda isə olimpiya məşəli söndürülüb və bununla da yarışa yekun vurulub.
xxx
Tokio Olimpiya Oyunları avqustun 8-nə planlaşdırılan bir sıra tədbirlərlə başa çatacaq.
Publika.az xəbər verir ki, həmin gün səhər Sapporoda kişilər arasında marafon yarışı keçiriləcək. Qaçışçılar Sapporonun “Odori” parkında başlayacaq və yekunlaşacaq marşrut üzrə yarışacaqlar.
Qadınlar arasında basketbol üzrə final oyunu ABŞ və Yaponiya komandaları arasında keçiriləcək. Yaponiya komandası ilk dəfədir ki, bu yarışların final mərhələsinə adlaya bilib. ABŞ komandası isə artıq yeddinci dəfədir ki, Olimpiya Oyunlarında qızıl medallar uğrunda mübarizə aparacaq.
Bazar günü, həmçinin velotrek və bədii gimnastika üzrə yarışlara yekun vurulacaq.
Tokio XXXII Yay Olimpiya Oyunlarının təntənəli bağlanış mərasimi yerli vaxtla saat 20:00-da Milli Olimpiya stadionunda keçiriləcək.
“Bizim bölüşdüyümüz dünya” adlı mərasimin təşkilatçıları insanların koronavirus pandemiyasına görə qapalı mühitdə yaşamaq məcburiyyətində qalmasına baxmayaraq, eyni hissləri yaşadığını bir daha nümayiş etdirməyə çalışacaqlar.
Həmçinin bildirilir ki, təşkilatçıların qənaətinə görə bağlanış mərasimi, eyni zamanda tezliklə başlayacaq Paralimpiya Oyunlarının startına çevriləcək.
Bağlanış mərasimin ən parlaq anlarından birinin isə Olimpiya estafetinin “Tokio-2020”dən “Paris-2024”ə ötürülməsi olacaq.
Tokionun qubernatoru xanım Koike Yuriko Olimpiya bayrağını Parisin meri Ann İdalqoya təhvil verəcək.
-
Kriminal14:18
Atası oğlunu öldürəni bağışlamışdı, amma... - Məhkəmə qərar verdi
-
ABŞ13:22
Dünyanın ən varlı 3 milyarderi andiçmədə Trampın yanında olacaq: Bu qədər pul veriblər
-
Region12:40
Xamenei adamını gizli şəkildə Moskvaya göndərdi - İran çıxılmaz vəziyyətdə
-
Hadisə12:13
Bakıda vəzifəli şəxsin oğlu özünü 17-ci mərtəbədən atdı - FOTO
-
Sosial11:08
Müdafiə Nazirliyi xəbərdarlıq etdi: təşvişə düşməyin
-
MDB10:22
Putinin "qeyri-qanuni qızı" aranı qarışdırdı: Uşaqları meşəyə aparın və...
-
İqtisadi gündəm10:10
Təsdiqləndi: Bu şəxslərin də maaşları artırıldı
-
ABŞ09:40
Bütün dünya Trampın tariflərinə hazırlaşır: görün hansı təhdidlər olacaq