İdman
"Qarabağ" - AEL matçının hakimləri məlum oldu
UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - AEL (Kipr) matçının hakim təyinatları açıqlanıb.
Publika.az xəbər verir ki, qarşılaşmanı Estoniyadan olan hakimlər briqadası idarə edəcək. Kristo Tohver matçın baş hakimi olacaq. Ona bu işdə Silver Koiv və Sten Klaasen kömək edəcək. Dördüncü hakim funksiyasını isə Karl Kopper yerinə yetirəcək.
Qeyd edək ki, 40 yaşlı referi ikinci dəfə "Qarabağ"ın avrokubok matçına təyinat alıb. Kristo Tohver 2019/2020 mövsümündə Ağdam təmsilçisinin Avropa Liqasının qrup mərhələsində Lüksemburqun "Düdelanj" klubu ilə ev matçını (1:1) idarə edib. Həmin görüşdə estoniyalı referi "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayevə qırmızı vərəqə göstərib.
Xatırladaq ki, "Qarabağ" - AEL oyunu avqustun 12-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
-
Nida Xəbər 11:05Əli Əsədov sərəncam imzaladı
-
Nida Xəbər 10:06196 ölkədə axtarılan İnqilab Babayev belə ələ keçirildi - VİDEO
-
İdman10:00Qalmaqallı futbolçu yeni sevgili tapdı: Özündən 14 yaş kiçikdir - FOTOLAR
-
Dünya09:48Qalmaqal: Tərcüməçi Zelenskinin çıxışından sonra söyüş söydü
-
Maraq dünyası09:1223 aprelə qədər "Şans üçbucağı"nda olan 3 bürc
-
Dünya08:48Yoxa çıxan helikopter tapıldı - Göyərtədə olan hər kəs...
-
Magazin106:16Oğlu efirə gəlib sürpriz etdi
-
Maraq dünyası04:24İnsanlar yazda niyə sevgiyə can atırlar? - İlginc səbəblər






































