Dünya
İtaliyanın ABŞ-a "yox" deməsi Çin üçün fürsət oldu: Pekin Roma ilə birləşir
ABŞ prezidenti Donald Trampın “TruthSocial” sosial şəbəkəsində "Vaşinqtonun lazım gələrsə İtaliyaya kömək etməyəcəyini" bildirməsi fonunda Çin Roma ilə əməkdaşlığı dərinləşdirmək istiqamətində addımlar atır. Qeyd eək ki, İtaliyanın baş naziri Corca Meloni hökuməti Vaşinqtonun Yaxın Şərqə yönələn hərbi təyyarələrinin Siciliyadakı Siqonella hərbi bazasına giriş istəyini rədd etmişdi.
Publika.az "Bloomberg"ə istinadən xəbər verir ki, Çin Xarici İşlər naziri Van İ İtaliyanın xarici işlər naziri Antonio Tayani ilə danışıqlar aparıb. Çin tərəfi yüksək səviyyəli təmasların genişləndirilməsinə, qarşılıqlı etimadın möhkəmləndirilməsinə və ikitərəfli münasibətlərin sabit inkişafına hazır olduğunu bəyan edib.
Van İ artan geosiyasi gərginlik şəraitində beynəlxalq məsələlər üzrə koordinasiyanın gücləndirilməsinin vacibliyini də vurğulayıb.
Qeyd olunur ki, gərginliyi artıran digər məqam isə Ağ Ev rəhbərinin Papa XIV Leo ilə bağlı səsləndirdiyi fikirlər olub.
Müəllif: Adəm
-
Rəsmi xronika14:30Prezident fərman imzaladı
-
Dünya13:55Türkiyə sərhədində “hərbi qala”: Regionda güc balansı necə dəyişəcək?
-
Sosial13:10Sabah 31 dərəcə isti olacaq
-
Cənubi Qafqaz12:58Ermənistan Avropa bazarına çıxır – Brüsselin İrəvana təcili dəstək planı
-
Sosial12:46Yeni Günəşli sakinlərinə şad xəbər: Nəhəng park tikilir - FOTO/VİDEO
-
Rəsmi xronika12:03İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi
-
Region11:43Ermənistan "Q nöqtəsi”nə getmək istəyən sərnişindir: Moskvadan istehzalı eyham
-
Maraq dünyası10:16Səhrada möcüzə olmayacaq: “The Line” layihəsi donduruldu












.png)





















