İdman
Tokio-2020: Azərbaycan paraüzgüçüləri Yaponiyaya yollandı
Tokio-2020 Yay Paralimpiya Oyunlarında iştirak edəcək üzgüçülük idman növü üzrə Azərbaycan millisi və nümayəndə heyətinin bir neçə üzvü Yaponinayın Şika şəhərinə yola düşüblər.
Milli Paralimpiya Komitəsindən Publika.az-a verilən məlumata görə, beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək yığma daha sonra paytaxt Tokioda yerləşən Paralimpiya kəndinə yola düşəcək.
Tokio 2020-də üzgüçülük idman növündə Azərbaycanı Raman Saleh, Vəli İsrafilov və Dana Şandıbına təmsil edəcək. Onlardan ilk olaraq, Saleh yarışlara qatılacaq. O, avqustun 27-də mübarizəyə start verəcək.
Qeyd edək ki, Azərbaycan paralimpiyaçıları Tokio-2020-ə 36 lisenziya qazanıb. Bu, ötən paralimpiadalarla müqayisədə rekord göstəricidir. Onlardan 12-si paraatletika, 11-i paracüdo, 4-ü parataekvondo, 4-ü pauerliftinq, 3-ü üzgüçülük və 2-si güllə atıcılığı növündədir.
Paralimpiada 24 avqust - 5 sentyabrda keçiriləcək.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular





































.jpg)

.jpg)