İdman
İcra başçısı Rafael Ağayevlə görüşdü - FOTO
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tanınmış idmançımız Rafael Ağayevi təbrik edib.
Publika.az xəbər verir ki, Zakir Fərəvov karateçi Rafael Ağayevi “Tokio-2020” Yay Olimpiya Oyunlarının gümüş medalını qazanması münasibəti ilə təbrik edib, idmançımıza gələcək fəaliyyətində uğurlar arzulayıb. Şəhər rəhbəri idmançımıza xatirə hədiyyəsi təqdim edib.
Qeyd edək ki, ölkəmizə “Tokio-2020” Yay Olimpiya Oyunlarında gümüş medal qazandıran Rafael Ağayev 75 kiloqram çəki dərəcəsində yarışların finalında italiyalı Luici Busa ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə R.Ağayev minimal hesabla uduzaraq Olimpiadada Azərbaycan milli komandasının aktivinə gümüş medalı yazdırıb.
R.Ağayev beşqat dünya, 11 qat Avropa çempionu olmaqla yanaşı, 2013-cü ildə IX Dünya Oyunlarında və Dünya Döyüş Növləri Oyunlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Karateçimiz “Bakı-2015” ilk Avropa Oyunlarında, eləcə də 2013-cü ildə İndoneziyada, 2017-ci ildə isə Azərbaycanda təşkil olunan İslam Həmrəyliyi Oyunlarında qızıl medala sahib olub.
O, 2019-cu ildə Əməkdar idman ustası adına layiq görülüb.
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
















.jpg)




















.jpg)


