İdman
Günay Məmmədzadə liderlər qrupunda mübarizəsini davam etdirir
Avqustun 14-də Rumıniyanın Yassa şəhərində şahmat üzrə qadınlar arasında Avropa çempionatının altıncı turunun oyunları keçirilib.
Publika.az xəbər verir ki, 6-cı turda şahmatçılarımızdan Ülviyyə Fətəliyeva rusiyalı Viktoriya Çernyak, Xəyalə Abdulla Rusiyanın digər şahmatçısı Yuliya Qriqoryeva, Nəsrin Babayeva avstriyalı Annika Froevis, Ayan Allahverdiyeva rumıniyalı Liya Mariya üzərində qələbə qazanıblar.
Azərbaycanın ən güclü qadın şahmatçısı Günay Məmmədzadənin turnir cədvəlinin liderlərindən olan ukraynalı Yuliya Osmak, Gülnar Məmmədovanın rusiyalı Anastasiya Bondarok, Xanım Balacayevanın macarıstanlı Tranq Xoanq ilə qarşılaşmaları heç-heçə ilə başa çatıb.
Gövhər Beydullayeva polşalı Yolanta Zavadskaya, Zeynəb Məmmədyarova yunanıstanlı Stavrula Tsolakiduya, Türkan Məmmədyarova sloveniyalı Zala Urxaya uduzublar.
Altı turdan sonra G.Məmmədzadə 5 xalla liderlər qrupunda yer alıb. G.Məmmədova, X.Balacayeva 4, G.Beydullayeva, Ü.Fətəliyeva 3,5, Zeynəb Məmmədyarova, N.Babayeva 3, X.Abdulla, T.Məmmədyarova 2,5, A.Allahverdiyeva 2 xal toplayıblar.
Qitə birinciliyi avqustun 21-dək davam edəcək. Yarışın ümumi mükafat fondu 60 min avrodur.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular













.jpg)























.jpg)

.jpg)