İdman
Azərbaycan Tokio Paralimpiadasında yeddinci qızıl medalını qazandı - (YENİLƏNİR)
Azərbaycan para-atleti Həmid Heydəri Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.
İdmançı nizə atma növü üzrə yarışda 1-ci yeri tutub.
51.42 metr nəticə göstərən Heydəri dünya rekordunu da yeniləyib.

Qeyd edək ki, aktivində 7 qızıl, 2 bürünc medal olan Azərbaycan 7-ci pillədə qərarlaşıb.
xxx
13:44
Azərbaycan paracüdoçusu Hüseyn Rəhimli Tokio-2020 Yay Olimpiya Oyunlarının qalibi olub.
81 kq-da çıxış edən idmançı finalda özbəkistanlı Davurxon Kəramətovu məğlub edib.

Bununla da Azərbaycanın paralimpiadada qazandığı qızıl medalların sayı 6-ya çatıb.
xxx
13:11
Azərbaycan komandası Tokio Paralimpiadasında beşinci qızıl medalını qazanıb.
Publika.az xəbər verir ki, qadın paracüdoçumuz Xanım Hüseynova (63 kq) startda yaponiyalı Hiroko Kudodan üstün olub. Çinli Yue Vanqı da tatamidən məyus yola salan idmançımız finalda ukraynalı İrina Husiyeva ilə qarşılaşıb.

Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə paracüdoçumuz qalib gələrək Paralimpiya çempionu adını qazanıb.
xxx
11:55
Paracüdoçumuz Sevda Vəliyeva “Tokio-2020” Yay Paralimpiya Oyunlarının qızıl medalını qazanıb.
Publika.az xəbər verir ki, 52 kiloqram çəki dərəcəsində çıxış edən qadın paracüdoçumuz qazaxıstanlı Dayana Fedossova və Türkiyə idmançısı Zeynep Çelikə qalib gələrək həlledici mərhələyə yüksəlib. Finalda cüdoçumuzun rəqibi Özbəkistan təmsilçisi Parvina Samandarova olub. Rəqibini məğlub edən S.Vəliyeva Azərbaycana dördüncü qızıl medalı qazandırıb.

Qeyd edək ki, bunadək Azərbaycanın hesabında 5 medal var idi. Paracüdoçular Şəhanə Hacıyeva (48 kiloqram), Vüqar Şirinli (60 kiloqram) qızıl, Namiq Abaslı (66 kiloqram) bürünc medala sahib olublar. Yüz metr məsafəyə üzgüçülük yarışlarında Raman Saleh Paralimpiya çempionu adını qazanıb. Pauerliftinqçi Pərvin Məmmədov (49 kiloqram) isə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
“Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 36 idmançı təmsil edəcək. Atletlərimizin 24-ü kişi və 12-si qadındır.
XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.
-
Cənubi Qafqaz13:30Avropa anti-Azərbaycan missiyasından sonra İrəvana nə göndərir? - Detallar
-
Nida Xəbər 11:05Əli Əsədov sərəncam imzaladı
-
Nida Xəbər 10:06196 ölkədə axtarılan İnqilab Babayev belə ələ keçirildi - VİDEO
-
İdman10:00Qalmaqallı futbolçu yeni sevgili tapdı: Özündən 14 yaş kiçikdir - FOTOLAR
-
Dünya09:48Qalmaqal: Tərcüməçi Zelenskinin çıxışından sonra söyüş söydü
-
Maraq dünyası09:1223 aprelə qədər "Şans üçbucağı"nda olan 3 bürc
-
Dünya08:48Yoxa çıxan helikopter tapıldı - Göyərtədə olan hər kəs...
-
Magazin106:16Oğlu efirə gəlib sürpriz etdi






.jpg)








.webp)








.webp)












