İdman
Əfqan idmançılar Tokio-2020-yə qatılmaq üçün YAPONİYADA
Əfqanıstanda yaranmış ağır vəziyyətlə əlaqədar Tokio Paralimpiya Oyunlarına qatılmaq üçün Yaponiyaya gələn bilməyən iki idmançı şənbə günü bu ölkəyə gəlib.
Publika.az xəbər verir ki, əfqan idmançılarla görüşən Beynəlxalq Paralimpiya Komitəsinin (BPK) prezidenti Endrü Parsons bu münasibətlə onları təbrik edib. Əfqan idmançıların Paralimpiya Oyunlarına qatılacağı gözlənilir.
Bildirilir ki, əfqan idmançılar Kabildan BPK-nın, BMT-nin qaçqınlar üzrə komissarının, Böyük Britaniya, Avstraliya və Fransa hökumətlərinin köməyi ilə təxliyə olunublar. İdmançılar Dybay vasitəsilə Parisə, sonra oradan Yaponiyaya gəliblər. Hava limanında başqaları üçün bağlı olan zonada lazımi proseduralardan keçiblər.
Qeyd edək ki, Paralimpiada Oyunlarında Əfqanıstandan iki idmançının qatılacağı gözlənilirdi. Onlardan biri Zəkiyə Hudadadi Əfqanıstanı Paralimpya Oyunlarında təmsil edən ilk əfqan qadın olacaqdı. Əfqanıstan komandasının Tokioya avqustun 17-də gəlməsi planlaşdırılsa da, ölkədə yaranmış çox ağır vəziyyətlə əlaqədar komandanın səfəri təxirə salınmışdı.
Qeyd edək ki, Tokio Paralimpiya Oyunları sentyabrın 5-də başa çatacaq.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular





































.jpg)

.jpg)