İdman
Tokio 2020 XVI Yay Paralimpiya Oyunları başa çatdı - FOTO
Tokio 2020 XVI Yay Paralimpiya Oyunları başa çatıb.
Publika.az xəbər verir ki, Azərbaycan Milli Paralimpiya Komandası möhtəşəm nəticə göstərərək, yarışı 163 ölkə arasından 10-cu pillədə tamamlayıb. İdmançılarımız 14 qızıl, 1 gümüş və 4 bürünc olmaqla ümümilikdə 19 medal qazanıblar. Bu Azərbaycan Paralimpiya tarixində rekord nəticədir.
Həmçinin, bu gün Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilib. Milli komandamızın bayraqdarı isə Lamiyə Vəliyeva olub. Qeyd edək ki, Lamiyə Vəliyeva bu oyunların həm qızıl (T13 400m - Paralimpiya rekordu) , həm də gümüş ( T13 100m ) mükafatçısıdır.
Şəhanə Hacıyeva, Saleh Raman, Vüqar Şirinli, Sevda Vəliyeva, Xanım Hüseynova, Hüseyn Rəhimli, Həmid Heydəri, Elvin Astanov, Dürsədəf Kərimova, Vəli İsrafilov, Lamiyə Vəliyeva, Orxan Aslanov qızıl, Lamiyə Vəliyeva gümüş, Pərvin Məmmədov, Namiq Abaslı, İlham Zəkiyev, Səid Nəcəfzadə bürünc medal qazanan idmançılarımızdır.
Əlavə olaraq, idmançılarımız bir sıra rekord nəticələrə də imza atıblar:
Atletika idman növü üzrə idmançımız Həmid Heydəri (F57) nizə atma növü üzrə 51.42 m nəticə göstərərək dünya rekorduna imza atıb.
Atletika idman növü üzrə idmançımız Elvin Astanov ( F53 - nüvə itələmə) növü üzrə 8.77 metr nəticə göstərərək dünya rekordunu yeniləyib.
Üzgüçülük idman növü üzrə təmsilçisi Vəli Israfilov (S12 - 100 metr brass ) 1:04.86 nəticə ilə Paralimpiya rekorduna imza atıb.
Atletika idman növü üzrə idmançısı Lamiyə Vəliyeva (T13) 400 metr kateqoriyasında 55.00 saniyəlik Paralimpiya rekordunu yeniləyib.
Qeyd edək ki, üzgüçülük idman növü üzrə təmsilçimiz Raman Saleh 3 kateqoriyada (S12 100 metr arxasıüstə, S12 100 metr sərbəst, S12 100 metr butterfly) qızıl medal qazanıb.
-
İdman06:16Ronaldo zəmanət aldı, gələcəyi ilə bağlı qərar verdi
-
ABŞ02:00ABŞ SEPAH-ın mənzil-qərargahını belə məhv etdi - Video
-
Qoroskop01:40Günün ulduz falı: tələsik qərarlar verməyin!
-
Dünya00:55Bu gecə dünya onların sonuna şahid olacaq - İranın yeni Ali liderindən mesaj
-
Nida Təhlil 00:15Xamenei öldü, Sistani niyə cihad elan etmədi? - Detallar
-
Sosial1 Mart 23:55Elektrik və qaz ödənişində yeni dəyişiklik
-
İdman1 Mart 21:03“Sabah”ın məşqçisi “Qarabağ”a qarşı nalayiq hərəkət etdi, ara qarışdı - Video
-
ABŞ1 Mart 20:3848 lider bir anda məhv edildi... - Tramp İrandakı əməliyyat barədə










.jpg)















.jpg)
.jpg)




