İdman
Emrelidən ETİRAF: "Onu heç kim qəlbimdən söküb çıxara bilməz"
Azərbaycan millisinin və Polşanın “Legia” klubunun futbolçusu Mahir Emreli “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovun onun karyerasındakı rolundan danışıb.
Publika.az-ın məlumatına görə, İctimai TV-yə açıqlama verən 24 yaşlı hücumçu bildirib ki, Qurban Qurbanov ona təkcə futbolu yox, eyni zamanda həyatı da öyrədib:
“Bu gün mən buradayamsa, bu, ilk öncə Qurban Qurbanovun əziyyətidir. Çox səhvlər etmişik, bəzən göz yumub, bəzən də cəzalandırıb, amma hər zaman sevgisini, dəstəyini göstərib. Bizə nə üçün məşq etdiyimizi dərk etdirib. Bəzən fikirləşirəm ki, məm “Bakı”dan sonra “Qarabağ”a gəlməsəydim, necə olardı? Mən əvvəlki Mahiri tanıyıram. Qurban Qurbanov mənə böyük qardaş, dayı, əmi, ata, bir sözlə, ailə oldu. Bu gün şükür edirəm ki, onun əlinin altından keçmişəm. Bundan sonra da nələrə nail olsam, bu, onun sayəsində olacaq. “Qarabağ”, Qurban müəllim mənə təkcə futbolu öyrətmədi. “Qarabağ”a gələndə xasiyyətim fərqliydi, uşaq idim, Qurban müəllim mənə böyüməyi öyrətdi. Mənə təkcə futbolu yox, həyatı öyrətdi. Qurban Qurbanovun yeri həmişə qəlbimdədir və onu heç kim qəlbimdən söküb çıxara bilməz. O, mənim həmişə Mahir olmağımı istəyib. Qurban Qurbanov tək məni yox, bir neçəsini Azərbaycan futboluna qazandırıb”.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular





































.jpg)

.jpg)