İdman
18 yaşlı futbolçu "Zirə"nin kapitanı oldu
Ötən gün Azərbaycan Premyer Liqasının 7-ci turunda "Qəbələ" ilə səfər oyunda "Zirə"ni meydana 18 yaşlı müdafiəçi Cəlal Hüseynov çıxarıb.
Publika.az xəbər verir ki, bununla da o, komandanın tarixinə ən gənc kapitan kimi düşüb. Oyundan sonra keçirilən mətbuat konfransında baş məşqçi Rəşad Sadıqov bu məsələyə toxunub. O, Cəlal Hüseynovun gələcəkdə milli komandanın əsas futbolçularından biri ola biləcəyini deyib:
“Heyətdə başqa təcrübəli futbolçular da var idi. Cəlalı 2-3 il sonra millinin aparıcı oyunçularından biri kimi görürəm. Həm futbol bacarığı, həm xarakteri, həm də soyuqqanlılığı ilə göstərdi ki, seçimimizdə yanılmamışıq. Əslində bizim kapitanımız Ağabala Ramazanov, vitse-kapitan Qismət Alıyevdir. Beynimdə üçüncü kapitan kimi Cəlalı düşünürəm. Ona şans verdikcə “bərkiməsini”, məsuliyyətinin artmasını istəyirəm. O, bu gün yükün altından layiqincə çıxdı”.
Qeyd edək ki, "Qəbələ" ilə 1:1 hesabı ilə başa çatan oyunda "Zirə"nin yeganə qolunu da başla məhz Cəlal Hüseynov vurub.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular














.jpg)






















.jpg)

.jpg)