İdman
Mikayıl Cabbarov yeni vəzifəyə seçildi
Dekabrın 8-də Azərbaycan Güləş Federasiyasının (AGF) Ümumi Yığıncağının növbədənkənar iclası keçirilib.
Publika.az Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, toplantı Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.
Tədbiri açan gənclər və idman naziri Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb. Nazir güləşin ölkənin ən populyar idman növlərindən biri olduğunu, bu növdə böyük uğurlar qazanıldığını və nailiyyətlərin bundan sonra da davam edəcəyinə inandığını bildirib.
Mandat komissiyasının üzvləri və iclasın gündəliyi təsdiq olunduqdan sonra AGF-nin baş katibi Orxan Məmmədov 2018-2021-ci illərdə güləşdə qazanılan nəticələrlə bağlı hesabatı təqdim edib.
Daha sonra səsvermə yolu ilə iqtisadiyyat naziri Mikayıl Cabbarov AGF-yə üzv seçilib. Bundan sonra M.Cabbarovun federasiyanın prezidenti vəzifəsinə namizədliyi irəli sürülüb. Səsvermənin nəticələrinə əsasən, M.Cabbarov növbəti 4 il müddətinə federasiya prezidenti seçilib.
Səsvermə yekunlaşdıqdan sonra AGF-nin yeni prezidenti çıxış edib. Göstərilən etimada görə federasiya üzvlərinə təşəkkür edən M.Cabbarov güləşin milli idman növü olduğunu, bu sahədə yüksək nəticələr qazanıldığını, bütün çətinliklərə baxmayaraq federasiyanın son 4 ildə uğurla fəaliyyət göstərdiyini qeyd etməklə yanaşı, qarşıdakı 4 ildə güləşin ənənələrinin, kütləviliyinin qorunmasının, uğurları davam etdirməyin vacibliyini diqqətə çatdırıb.
Daha sonra Dünya Güləş Birliyinin Büro üzvü Namiq Əliyev AGF-nin vitse-prezidenti seçilib. AGF-nin yeni prezidentini təbrik edən N.Əliyev güləşdə nəticələrin bundan sonra daha da yüksələcəyinə inandığını deyib.
Ardınca MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək güləşin böyük potensiala sahib olduğunu vurğulayıb və federasiyanın prezidentinə və vitse-prezidentinə məsul vəzifədə uğurlar arzulayıb.
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi




































.jpg)


