İdman
“Problemlərdən qaça bilmədik”
Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio da Silva Avropa çempionatının D qrupu çərçivəsində Bosniya və Herseqovinaya qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Publika.az xəbər verir ki, braziliyalı mütəxəssis 4:2 hesablı qələbəni belə şərh edib:
“Bu gün yaxşı oynadıq. Uşaqları təbrik edirəm. Amma turnir ərzində bəxtsizlik bizdən əl çəkmədi, sona qədər bizi izlədi. İlk oyundan əvvəl iki futzalçımızın COVİD-19 testi pozitiv çıxdı. Onlar sağaldı gəldi, bu dəfə digər iki oyunçumuzun xidmətindən istifadə edə bilmədik. Zədəli oyunçularımız oldu. Bir sözlə, problemlərdən qaça bilmədik. Əlbəttə, növbəti mərhələyə yüksələ bilmədiyimizə görə təəssüflənirəm. Amma uşaqlar yaxşı çıxış etdilər, istəkli, intizamlı, mübariz idilər, sona qədər qələbə qazanmaq üçün əllərindən gələni etdilər.
Azarkeşlərin oyunu izləməsi çox vacibdir. Buna görə sevinirik ki, artıq onlar tribunadakı yerlərini aldılar və bizi dəstəklədilər. Futzalçılarımız da onlar üçün oynadılar. Əlbəttə, istərdik ki, arena tam dolsun, lakin onlardan asılı olmayan səbəblər buna imkan vermədi”.
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi


































.jpg)


