İdman
Cüdoçumuz “Böyük dəbilqə” turnirində gümüş medal qazandı
Azərbaycan cüdoçusu Yaşar Nəcəfov Təl-Əvivdə keçirilən “Böyük dəbilqə” turnirində gümüş medala sahib olub.
Publika.az-ın məlumatına görə, 66 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz ilk görüşdə ukraynalı Yevhen Honçarko, sonrakı qarşılaşmalarda İsrail cüdoçusu Eylon Barşeşet, ispaniyalı Alberto Martınə qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda Monqolustan təmsilçisi Xerlen Qanboldu məğlub edən idmançımız adını finala yazdırıb. Yaşar Nəcəfovun monqolustanlı rəqibinə tətbiq etdiyi fənd Beynəlxalq Cüdo Federasiyasının şərhçiləri tərəfindən xüsusi maraqla qarşılanıb.
Həlledici mərhələdə cüdoçumuz israilli Barux Şmailova uduzaraq ikinci yerlə kifayətlənməli olub.
Komandamızın digər üzvü Kəramət Hüseynov (60 kq) isə yarımfinalda qazaxıstanlı rəqibi Bauyrzan Narbayev ilə qarşılaşmada vazari fəndi ilə irəli olduğu halda zədələndiyi üçün həkimin qərarına əsasən, döyüşü dayandırmalı olub. Milli yığmanın həkiminin qərarına əsasən o, üçüncü yer uğrunda görüşə çıxmayıb. K.Hüseynovun zədəsinin ağırlıq dərəcəsi aparılacaq müayinələrdən sonra müəyyənləşəcək.
Azərbaycan turnirə 9 cüdoçu ilə qatılıb.
-
Sosial19:36Vətəndaşların NƏZƏRİNƏ: Ödənilən cərimə vəsaitlərini geri alacaqsınız - Video
-
İKT18:48İnsanı kentavr halına gətirən robot hazırlandı - Video
-
Magazin117:40Rəqsanənin Gəncədəki konserti ləğv olundu
-
Hadisə17:35Bakıda köməksiz vəziyyətdə qalan uşaqlar belə xilas edildi - Video
-
Yaxın Şərq17:30İsrailə yeni raket hücumları başladı
-
Hadisə17:0060 əcnəbi İrandan Azərbaycana təxliyə olundu
-
Ekologiya16:40Hava kəskin dəyişəcək - Xəbərdarlıq
-
Sosial16:05Əmircanda bir qrup sakin niyə evlərindən çıxarıldı? - Foto






































